https://sputnik.az/20220225/rusiya-avroviziya-2022de-istirak-ede-bilmeyecek-439614535.html
Rusiya "Avroviziya-2022"də iştirak edə bilməyəcək
Rusiya "Avroviziya-2022"də iştirak edə bilməyəcək
Sputnik Azərbaycan
AYB-nin İcra Şurası sözügedən qərarı bu gün səhər saatlarında "Avroviziya" Mahnı Müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında qəbul edib. 25.02.2022, Sputnik Azərbaycan
2022-02-25T22:53+0400
2022-02-25T22:53+0400
2022-02-26T09:48+0400
rusiya
"avroviziya" mahnı müsabiqəsi
eurovision
belarus
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438912204_0:59:3171:1843_1920x0_80_0_0_f6678fba50a38a38b3938040643a37ce.jpg
BAKI, 25 fevral - Sputnik. Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb. "Avropa Yayım Birliyi (EBU) Rusiyanın bu il heç bir nömrə ilə Avroviziya (Eurovision) Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini bəyan edib. AYB-nin İcra Şurası sözügedən qərarı bu gün səhər saatlarında "Avroviziya" Mahnı Müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında qəbul edib. Qərarın əsasında AYB-nin tədbirlərinin qaydaları və dəyərləri dayanır”, - deyə müsabiqənin saytında və sosial mediada yerləşdirilən bəyanatda deyilir. Qərar təşkilatın “Ukraynada görünməmiş böhran”la bağlı “narahatlığı” ilə əlaqədar qəbul edilib. Qeyd olunur ki, Rusiyanın orada iştirakı “müsabiqənin reputasiyasına xələl gətirəcək”. Xatırladaq ki, 2003-cü ilin qalibi Türkiyə də daxil olmaqla 8 ölkə “Eurovision 2022”də iştirakdan imtina edib. Belarus isə 2020-ci ildə baş verən siyasi hadisələrə görə müsabiqədən kənarlaşdırılıb və onun üzvlüyü 2024-cü ilə qədər dayandırılıb.Qeyd edək ki, 66-cı Eurovision mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438912204_442:0:3171:2047_1920x0_80_0_0_bf45657e8771e03bdafbcb1055319c57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
"avroviziya" mahnı müsabiqəsi, eurovision, belarus
"avroviziya" mahnı müsabiqəsi, eurovision, belarus
Rusiya "Avroviziya-2022"də iştirak edə bilməyəcək
22:53 25.02.2022 (Yenilənib: 09:48 26.02.2022) AYB-nin İcra Şurası sözügedən qərarı bu gün səhər saatlarında "Avroviziya" Mahnı Müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında qəbul edib.
BAKI, 25 fevral - Sputnik. Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb.
"Avropa Yayım Birliyi (EBU) Rusiyanın bu il heç bir nömrə ilə Avroviziya (Eurovision) Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini bəyan edib. AYB-nin İcra Şurası sözügedən qərarı bu gün səhər saatlarında "Avroviziya" Mahnı Müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında qəbul edib. Qərarın əsasında AYB-nin tədbirlərinin qaydaları və dəyərləri dayanır”, - deyə müsabiqənin saytında və sosial mediada yerləşdirilən bəyanatda deyilir.
Qərar təşkilatın “Ukraynada görünməmiş böhran”la bağlı “narahatlığı” ilə əlaqədar qəbul edilib.
Qeyd olunur ki, Rusiyanın orada iştirakı “müsabiqənin reputasiyasına xələl gətirəcək”.
Xatırladaq ki, 2003-cü ilin qalibi Türkiyə də daxil olmaqla 8 ölkə “Eurovision 2022”də iştirakdan imtina edib. Belarus isə 2020-ci ildə baş verən siyasi hadisələrə görə müsabiqədən kənarlaşdırılıb və onun üzvlüyü 2024-cü ilə qədər dayandırılıb.
Qeyd edək ki, 66-cı Eurovision mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!