Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Kür çayının səviyyəsi aşağı düşüb: Bu, Azərbaycanın, yoxsa regionun problemidir?

Kür çayı - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova fevralın 24-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək konfransda problemin həllinə kömək edəcək addımlar barədə məlumat verəcək.
BAKI, 22 fevral — Sputnik. Son illərdə iqlim dəyişikliyi fonunda Azərbaycanın ən böyük çayı olan Kürün səviyyəsinin aşağı düşməsi ilə bağlı həyəcanlı proseslər baş verir. Müşahidələr göstərir ki, 2020-ci illə müqayisədə bəzi ərazilərdə çayın səviyyəsi iki dəfə azalıb. Quruyan ərazilərdə kolluqlar əmələ gəlib.
Öz növbəsində, 1978-ci ildən 1995-ci ilə qədər dəniz səviyyəsinin 2,5 m-dən çox qalxması dəniz suyunun çayın aşağı axınındakı məcranı doldurmasına səbəb olub. Duzlu dəniz suyu çayın axarı boyunca qalxıb. Alimlər əmindirlər ki, əgər bu məqamlar həll olunmasa, Kür-Araz ərazisinin sakinləri bundan sonra da su çatışmazlığından əziyyət çəkəcəklər.
Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova fevralın 24-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək konfransda problemin həllinə kömək edəcək addımlar barədə məlumat verəcək.
Tədbir iştirakçısına suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0