https://sputnik.az/20220222/bakiya-yeni-iritutumlu-avtobuslar-getirilib---foto-439443484.html
Bakıya yeni iritutumlu avtobuslar gətirilib - FOTO
Bakıya yeni iritutumlu avtobuslar gətirilib - FOTO
Sputnik Azərbaycan
Yeni avtobuslar pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat daşınmasında xüsusi rol oynayacaq. 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T15:02+0400
2022-02-22T15:02+0400
2022-02-22T15:02+0400
avtobus
paytaxt xəbərləri
paytaxt
yeni
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439439018_0:96:1024:672_1920x0_80_0_0_28ca8e5de26f219c07d6d396d94f084c.jpg
BAKI, 22 fevral — Sputnik. Türkiyədən Bakıya 50 ədəd iritutumlu avtobus gətirilib. Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.Bildirilir ki, dövlət başçısının tapşırığına əsasən, ötən dövrdə paytaxta 1 000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, özəl daşıyıcı şirkətlərdən biri Türkiyənin "OTOKAR Savunma Sanayi A.Ş."dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib.Müasir ödəniş cihazları quraşdırılan avtobuslar fevralın 23-dən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 metr olmaqla, qoşqulu - 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq."Avtobus parkının yenilənməsi ilə yanaşı, bu şirkətə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infrastrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb", - deyə məlumatda qeyd edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439439018_0:0:1024:768_1920x0_80_0_0_a82770da5ea4fc57dc62fc23ef23136f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakıya yeni iritutumlu avtobuslar gətirilib - foto
bakıya yeni iritutumlu avtobuslar gətirilib - foto
Bakıya yeni iritutumlu avtobuslar gətirilib - FOTO
Yeni avtobuslar pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat daşınmasında xüsusi rol oynayacaq.
BAKI, 22 fevral — Sputnik. Türkiyədən Bakıya 50 ədəd iritutumlu avtobus gətirilib. Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, dövlət başçısının tapşırığına əsasən, ötən dövrdə paytaxta 1 000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.
Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, özəl daşıyıcı şirkətlərdən biri Türkiyənin "OTOKAR Savunma Sanayi A.Ş."dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib.
Müasir ödəniş cihazları quraşdırılan avtobuslar fevralın 23-dən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 metr olmaqla, qoşqulu - 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq.
"Avtobus parkının yenilənməsi ilə yanaşı, bu şirkətə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infrastrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb", - deyə məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.