QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Şuşa Şərqin ən gözəl şəhəri olacaq" - MQM iştirakçıları Qarabağa səfər edib

© Sputnik / Emin AlisahibMultikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Qonaqlar Şuşadan xoş təsürratlarla ayrılsa da, burdakı dağıntılarla bağlı məyusluqlarını gizlətməyiblər.
BAKI, 20 fevral — Sputnik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri baş tutub. Sputnik Azərbaycan-ın regional bürosunun məlumatına görə, Qış məktəbinin iştirakçıları Şuşada Üzeyir Hacıbəyobun, Nətavanın, Bülbülün heykəllərini, Nətavan Bulağını, Şuşa Qalasını, Yuxarı Gövhər Ağa məscidini, Bülbülün ev-muzeyini, Cıdır düzünü və Qazançı kilsəsini ziyarət ediblər.
Dağıstanın Dərbənd şəhərindən ölkəmizə İşğaldan azad edilmiş rayonları görmək üçün gəldiyini deyən Bağır Aliahmədov bildirib ki, Şuşa ona xoş təsürratlar bəxş edib.
O deyib ki, Şuşa çox gözəl bir şəhərdir və buranın təbiəti onu heyran qoyub.
Qonaq onu da əlavə edib ki, əslində hər bir Dağıstan gəncinin arzusudur, ki, azərbaycanın erməni işğalından azad etdiyi toropaqları, xüsusilə də Şuşanı görsün:
© Sputnik / Emin AlisahibMultikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib

“Burada gedən quruculuq işləri ilə tanış olarkən onda belə təsürrat yaranır ki, tezliklə Şuşa Şərqin ən gözəl şəhərinə çevriləcək və bura turist axını digər ölkələrdəkindən dəfələrlə çox olacaq. Mən sevinirəm ki, Şuşa erməni işğalından azad edilib. Belə bir şəhərin işğalda qalması dəhşətli idi. Mən burada quruculuq işləri ilə tanış oldum. İnşəallah, Şuşa şəhəri inkişaf edəcək, özü də ki, sözün hər mənasında. Şəhər turizm üçün mədəniyyət mərkəzi olacaq”.

Dağıstanlı qonaq Şuşada olarkən Yuxarı Gövhər Ağa məscidini də ziyarət etdiyini, burada yaradılan şəraitlə yaxından tanış olduğunu bildirib. Onun sözlərinə görə, baxmayaraq ki, ermənilər məscidi dağıdıb, amma məbəd hələ də öz tarixi görkəmini qoruyub saxlaya bilib.
Qonaq məscidin azərbaycanın tarixi kökünü özündə əks etdirdiyini bildirərək, yaxın günlərdə bərpasına da ümid etdiyini vurğulayıb.
“Məscidinin yanında olduq. Ermənilər məscidi dağıdıblar. Mədəniyyət obyektlərini dağıdıblar. İnşəallah, hamısı bərpa olunacaq. Şuşada olduğum üçün həqiqətən çox şadam”.
© Sputnik / Emin AlisahibMultikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
Gördüklərindən təsirləndiyini bildirən və təəssüf hissini gizlətməyən dağıstanlı tələbə işğaldan azad edilən şəhərlərdə baş verənlərin erməni vəhşiyinin nümunəsi olduğunu və belə halla bu günə kimi qarşılaşmadığını bildirib.
Onun sözlərinə görə, son iki gündə Ağdam və Şuşa şəhərlərində gördüklərini sözlə ifadə etmək qeyri-mümkündür. Qonaq şəhərin ermənilər tərəfindən dağıntılara məruz qoyulmasını dünyanın qanuna sığmayan cinayəti adlandırıb:
“Biz dünən Ağdamda və bu gün Şuşada çoxlu xarabalıqlar gördük. Mədəni irsi vandalizimə məruz qoyan, məhv edən bu biabırçılıq, əslində dünyanın qanunlarına sığmayan cinayətdir və sadəcə olaraq sözlə təsvir etmək mümkün deyil”.
Qonaqlar Şuşaya gəlişlərindən məmnun olduqlarını, bu səfərin onların həyatında mühüm əhəmiyyət kəsb etdiklərini bildiriblər.
Pakistandan Şuşanı görmək arzusu ilə bu tədbirə qatılan Rafia Abdur Raşid səfərdən məmnun olduğunu dilə gətirib. O bildirib ki, Şuşa kimi bir şəhərin dağıldılmasını ancaq və ancaq vəhşilik adlandırmaq olar:
© Sputnik / Emin AlisahibMultikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
“Mən çox şadam ki, Şuşanı öz gözlərimlə gördüm. Həm şad oldum, həm də kədərləndim. Mən çox təsirləndim. Mənim burda gördüyüm dağıntılar bir insan olaraq məni dəhşətə gətirdi. Bu vəhşilikdir. Amma şadam ki, Azərbaycan qalibdir və bu gün öz torpaqlarının sahibidir. Şuşanı yeni abadlıq-quruculuq işlərindən sonra yenidən görməyə gəlmək arzusu ilə buradan ayrılacam. Ümidvaram ki, bu gözəl şəhər erməni işğalından əvvəlki vəziyyətinə, o gözəl görkəminə yenidən qaytarılacaq. Azərbaycana bu yöndə uğurlıar arzulayıram”.
İtalyadan Azərbaycana Şuşanı görmək üçün gələn Elizabetta De Cian isə Şuşaya vurğunluğunu gizlədə bilməyib. Təəssüf hissi ilə bildirib ki, Şuşa kimi bir şəhərin ermənilər tərəfindən dağıdılması ürək parçalayır. Şəhərdə çox yerlərin ermənilər tərəfindən viran edildiyini deyən qonaq şahidi olduğu hadisədən təsirləndiyini deyib:
© Sputnik / Emin AlisahibMultikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşaya səfər edib
“Bu gün mən bura Şuşaya gəldim və Şuşanın nə qədər gözəl bir şəhər olduğunu öz gözlərimlə gördüm. Həmçinin, burada hava çox gözəldir və mən burada olmaqdan çox şadam. Amma təəssüf edirəm ki, bu şəhərdə hər şey ermənilər tərəfindən dağıdılıb. Burada gördüyümüz dağıntılar həqiqətən ürək parçalayandır. Ancaq mən görürəm ki, Azərbaycan dövləti burada hər şeyi bərpa etmək üçün əlindən gələni əsirgəmir. Həqiqətən ümid edirəm ki, tezliklə hər şey əvvəlkindən daha gözəl olacaq”.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları erməni işğalından azad olunmuş Şuşa şəhərinə səfəri başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0