Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Azərbaycan prezidentləri görüşəcəklər?

© Official website of President of Azerbaijan RepublicRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Vətənin Müdafiəçisi Günündə Putin Naməlum Əsgərin məzarına gül dəstələri qoyacaq və rusiyalıları bayram münasibətilə təbrik edəcək.
BAKI, 20 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin gələn həftə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Rossiya-1 Televiziya kanalında nümayiş olunan "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.
"Xarici ölkə liderlərin mühüm səfərləri bu həftə də davam edəcək. Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri, Pakistanın baş nazirinin də Kremldə olacağı gözlənilir", - deyə proqramda qeyd olunub.
Məlumatda o da qeyd olunur ki, fevralın 23-də, Vətənin Müdafiəçisi Günündə Putin Naməlum Əsgərin məzarına gül dəstələri qoyacaq və rusiyalıları bayram münasibətilə təbrik edəcək.
Onu da qeyd edək ki, yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Rusiya prezidentinin saytı xəbər verib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək strateji tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0