Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin ilə Qərb liderlərinin danışıqları barədə - Peskov

© REUTERS / SPUTNIK/Mikhail KlimentyevПрезидент РФ Владимир Путин во время встречи в Кремле с федеральным канцлером Германии Олафом Шольцем
Президент РФ Владимир Путин во время встречи в Кремле с федеральным канцлером Германии Олафом Шольцем - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Kreml rəsmisinin sözlərinə görə, bu ölkələrin mediasında cərəyan edən isterika ilə danışıqların mahiyyəti arasında ciddi təzad var.
BAKI, 20 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putinin Qərb dövlətlərinin liderləri ilə danışıqları zamanı Rusiya Federasiyasının narahatlığını çatdırmaq imkanı var. Çoxları onunla razılaşmır, lakin müzakirələr üçün əsasın olduğunu bəyan edir.RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya 1” telekanalına müsahibəsində Putinin Qərb liderləri ilə danışıqlarının hazırda necə getdiyi ilə bağlı suala cavabında deyib.
"Putinin bizim narahatlığımızı çatdırmaq imkanı var. Və çoxları onunla razılaşmır - istər hər şeylə, istərsə də qismən. Amma hər dəfə hamı bildirir ki, müzakirələr üçün, danışıqları davam etdirmək üçün əsas var. Və bu, yəqin ki, ən vacib məsələdir", - deyə mətbuat katibi bildirib.
Onun sözlərinə görə, əslində, bu ölkələrin mediasında cərəyan edən isterika ilə danışıqların mahiyyəti arasında ciddi təzad var:
"Bəli, "bizim məlumatlara görə, aqressiv planlar var” kimi suallar verilir. Amma çox, diplomatik şəkildə”, - Peskov bildirib.
Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı baş tutub. Bu barədə France-Presse agentliyi Yelisey sarayına istinadən xəbər verib.
“Fransa tərəfinin Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün sonuncu cəhdlərdən biri kimi qiymətləndirdiyi danışıqlar səhər saat 11-də (Bakı vaxtı ilə 14.00) başlayıb”, - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0