Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Moskvada Azərbaycan günləri” başlayır

© Sputnik / Евгений ОдиноковMoskvada Azərbaycan mədəniyyəti günləri
Moskvada Azərbaycan mədəniyyəti günləri - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert olacaq.
BAKI, 20 fevral - Sputnik. Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq.
© Sputnik / Евгений Биятов / Mediabanka keçidTahir Salahovun sərgisi
Показ выставки Таир Салахов. Солнце в зените - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Tahir Salahovun sərgisi
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki “Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası - yeni baxış” (“Азербайджанский ковер — новый взгляд”) sərgisinin açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” (“Из уст в уста”) ədəbiyyat layihəsi təqdim ediləcək.
© © Photo: Azerbaijan Carpet MuseumKazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olacaq.
© belcanto.ruSimfonik orkestr
Simfonik orkestr - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Simfonik orkestr
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0