QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xarici tələbələr Ağdam şəhərinə səfər ediblər: Çox sarsıldıq - FOTO

© Sputnik / Emin AlisahibAğdama tələbələrin səfəri
Ağdama tələbələrin səfəri - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər.
BAKI, 19 fevral - Sputnik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
© Sputnik / Emin AlisahibAğdama tələbələrin səfəri
Ağdama tələbələrin səfəri - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Ağdama tələbələrin səfəri
Onlar Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binaları, dini, mədəni və tarixi abidələrə baş çəkiblər. İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi və Şahbulaq qalası ilə tanış olublar.
Türkiyəli qonaq Merve Öznomen isə ölkəmizə ilk dəfə səfər etdiyini və Bakıdan Qarabağa gələn yolda qarşılaşdığı mənzərələri bir-bir izlədiyini bildirib. O deyib ki, baxmayaraq ki, Bakı onun çox xoşuna gəlib, lakin Qarabağa səfər onun hisslərinə təsirsiz ötüşməyib.
“Mən Qarabağı hər zaman çox gözəl təsəvvür etmişəm. Bura gəlişim zaman gördüklərimdən təsirlənməyə bilmədim. Türkiyə və Azərbaycan qardaşdır və heç bir vaxt ayrılığımız olmadı. Ola da bilməz. O səbəbdən gördüklərim mənə çox pis təsir etdi”.
Artıq üç gündür ki, Azərbaycanda olduğunu deyən qonaq özünü sanki Türkiyədəki kimi hiss etdiyini də bildirir. Deyir ki, onun Azərbaycana gəlişinin məqsədi Qarabağı görmək, burada nələr baş verdiyinin şahidinə çevrilməkdir. Merve gördüklərinin təssəvür elədiyindən daha dəhşətli olduğunu dilə gətirib.
© Sputnik / Emin AlisahibAğdama tələbələrin səfəri
Ağdama tələbələrin səfəri - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Ağdama tələbələrin səfəri
“Bu gün Şuşaya getmək üçün yola çıxdıq. Öncə Ağdama gəldik, sonra Şuşaya gedəcəyik. Yol boyu müxtəlif ünvanlardan keçdik. O qədər dəhşətli faktlarla rastlaşdıq ki... Yolların kənarında ermənilərin daş üstündə daş qoymaması məni qəlbən çox sarsıtdı. Bu barədə eşitmişdim. Amma görməyim məni çox məyus etdi”.
Ağdamda gördüklərini sətirlərə sığdıra bilməyəcəyini deyən türkiyəli qonaq bu böyüklükdə şəhərin düzənliyə çevrilməsi faktının barışılmaz olduğunu deyib. O, həqiqətləri ifadə edə biləcək bir söz tapmadığını, gördüklərinin insanlığa sığacaq bir durum olmadığını bildirib.

“Gördüklərim səbəbindən, həqiqətən, deyəcək söz tapa bilmirəm. Çox dəhşətli və alçaqca törədilmiş bir cinayətdir. Siz də şahidi olduğunuz kimi, məscidə gəldik. Çox təəssüf ki, buranı da xarabalıqlar arasında tapdıq. Burada öyrəndik ki, məsciddən ermənilər tövlə kimi istifadə ediblər. Onlar Allahın evində heyvan saxlayıblar. Bu bağışlanmazdır”.

Gördüklərinin qorxunc olduğunu deyən ukraynalı qonaq Polina Orlova isə bildirib ki, gördüyü mənzərədən ağır sarsıntı keçirib. Polina deyib ki, burada gördükləri dünyanın beynəlxalq qanunlarına sığmayan bir faktdır:
© Sputnik / Emin AlisahibAğdama tələbələrin səfəri
Ağdama tələbələrin səfəri - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Ağdama tələbələrin səfəri
“Biz bu gün Ağdamda olduq. Hər tərəf dağıntılar içərisində idi. Bunlar içərisində nisbətən sağ qalmış binanın məscid olduğunu gördük. Öyrəndik ki, bu məscid 1868 – 1870-ci illərdə tikilib. Burada şahidi oldum ki, doğrudan da Ağdam ruhlar şəhərinə çevrilib. Ətrafda salamat heç bir bina yoxdur”.
Qeyd edək ki, dünyanın 20 ölkəsindən 17 tələbənin qatıldığı Ağdam səfəri başa çatıb. Qonaqlar Şuşa şəhərinə yollanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0