Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Qumbaranı Bakıya kim gətirib - VİDEO

© © Photo: The Ministry of Emergency Situations of the Republic of AzerbaijanFövqəladə Hallar Nazirliyinin pirotexniklərdən ibarət qrupu
Fövqəladə Hallar Nazirliyinin pirotexniklərdən ibarət qrupu - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
BAKI, 18 fevral — Sputnik. Bakıda yaşayış binasının həyətində qumbara tapılıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonunda yaşayış binasının həyətyanı ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.
Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilən sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0