https://sputnik.az/20220218/aqta-bakida-sud-mehsullari-istehsali-muessisesini-baglayib-439326592.html
AQTA Bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb
AQTA Bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb
Sputnik Azərbaycan
Sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T20:25+0400
2022-02-18T20:25+0400
2022-02-18T20:26+0400
süd
paytaxt xəbərləri
məhsul
istehsal
müəssisə
aqta
bağlanma
https://cdnn1.img.sputnik.az/img/40795/50/407955069_0:160:3077:1890_1920x0_80_0_0_a6c0f60cf8ebbdcce4ed4260088df7cc.jpg
BAKI, 18 fevral — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb.AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Ramazanov Mehman Mahir oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.Belə ki, müəssisədə xammalların qəbulu və işçilərin istehsala girişi eyni qapıdan həyata keçirilir. Bütün istehsal prosesləri eyni sahədə aparılır. Eyni zamanda müəssisənin hazır məhsul anbarında bir sıra məhsulların üzərində markalanmanın aparılmadığı, digərlərində isə istehsal tarixinin bir gün əvvələ vurulduğu, istifadəsi ilə bağlı etiket məlumatlarında qeydiyyatı aparılmamış və istehsal prosesində resepturada göstərilməyən qida əlavələrindən istifadə olunduğu və istehsal tarixi göstərilməyən yumurtalar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40795/50/407955069_172:0:2903:2048_1920x0_80_0_0_26a7ad5dc04853d4ad03211e6ace569b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb
aqta bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb
AQTA Bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb
20:25 18.02.2022 (Yenilənib: 20:26 18.02.2022) Sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
BAKI, 18 fevral — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb.
AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Ramazanov Mehman Mahir oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə xammalların qəbulu və işçilərin istehsala girişi eyni qapıdan həyata keçirilir. Bütün istehsal prosesləri eyni sahədə aparılır.
Eyni zamanda müəssisənin hazır məhsul anbarında bir sıra məhsulların üzərində markalanmanın aparılmadığı, digərlərində isə istehsal tarixinin bir gün əvvələ vurulduğu, istifadəsi ilə bağlı etiket məlumatlarında qeydiyyatı aparılmamış və istehsal prosesində resepturada göstərilməyən qida əlavələrindən istifadə olunduğu və istehsal tarixi göstərilməyən yumurtalar aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.