https://sputnik.az/20220217/rusiya-xn-abs-in-tehlukesizlik-zemanetlerine-cavab-verib-439288994.html
Rusiya XİN ABŞ-ın təhlükəsizlik zəmanətlərinə cavab verib
Rusiya XİN ABŞ-ın təhlükəsizlik zəmanətlərinə cavab verib
Sputnik Azərbaycan
Moskva ABŞ və NATO-dan alyansın Şərqə doğru genişlənməsindən hüquqi imtinasının məzmunu və formaları barədə konkret təklif gözləyir. 17.02.2022, Sputnik Azərbaycan
2022-02-17T20:49+0400
2022-02-17T20:49+0400
2022-02-17T20:49+0400
rusiya
rusiya
abş
nato
cavab
təhlükəsizlik
zəmanət
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_0:0:2891:1626_1920x0_80_0_0_f28efe50bc1fddb4ad7226c3b14e3dd9.jpg
BAKI, 17 fevral – Sputnik. Rusiyanın təhlükəsizlik zəmanətləri barədə təkliflərinə ayrı-ayrı hissələrə bölünərək deyil, kompleks şəkildə baxılmalıdır. Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin ABŞ-ın təhlükəsizlik zəmanətlərinə bu gün verdiyi cavabında qeyd edilib.Əsas tələb kimi NATO-nun Rusiyanın təhlükəsizliyinə zərbə vuran gələcək fəaliyyətlərdən imtinası göstərilir. Bildirilir ki, əks halda ayrı-ayrı istiqamətlər üzrə hərbi fəaliyyətlərin cilovlanmasını təmin edən hərbi risklərin azaldılması və silahlara nəzarət üzrə qarşılıqlı tədbirlər, əgər hətta onlarla bağlı razılığa gəlinsə belə, perspektivdə dayanıqlı olmayacaq.RF XİN eləcə də Amerikaya bildirib ki, Rusiya özünün təhlükəsizlik zəmanətlərinə dair sənədlərində Avro-Atlantikada formalaşması davam edən qəbuledilməz situasiyanın kompleks şəkildə və uzunmüddətli həllinin prinsiplərinə riayət etməyi məsləhət görür.Xüsusilə Moskva ABŞ və NATO-dan alyansın Şərqə doğru genişlənməsindən hüquqi imtinasının məzmunu və formaları barədə konkret təklif gözləyir.Rusiya XİN Vaşinqtonu və Alyansı sülh və təhlükəsizliyin qorunmasında büynəlxaıq öhdəliklərin yerinə yetirilməsinə çağırıb.Həmçinin Rusiyanın xarici siyasət idarəsi bildirir ki, ABŞ və müttəfiqləri Rusiyanın cilovlanmasından əl çəkməli və hərbi-siyasi vəziyyətin deeskalasiyası üçün konkret əməli tədbirlər görməlidirlər.“2011-ci il Vyana sənədləri çərçivəsində etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri müasir vəziyyətə adekvatdır. Onların yenilənməsi imkanının müzakirəsinə başlamaq üçün lazımi şərtlər təmin olunmalıdır”, - sənəddə deyilir.RF-in irəli sürdüyü yeni “təhlükəsizliyin bərabərləşdirilməsi“ konsepsiyası aktuallığını qoruyur, onun elementləri Amerika tərəfinin diqqətinə çatdırılmışdı, Rusiya XİN-in məlumatında bildirilir.Bundan əlavə, Rusiya nazirliyinin cavabında vurğulanır ki, qeyri-strateji nüvə silahı mövzusunun müzakirəsi həmin silahın NATO-nun nüvə dövləti olmayan üzvlərinin ərazisində yerləşdirilməməsi həll olunmayana qədər mümkün deyil.“Aydınlaşdırmaq istərdik ki, bizim təkliflərimizdə söhbət bəzi nüvə dövləti olmayan NATO dövlətlərinin ərazisində Rusiya torpaqlarındakı hədəfləri vurmağa qadir olan ABŞ-ın nüvə silahının mövcudluğu (hansı ki, NSYM-i pozur) probleminin həllindən söhbət gedir”, - qurumun məlumatında qeyd olunur.O cümlədən, sənəddə Avropada bu cür silahların sürətli yerləşdirilməsinə imkan verən infrastrukturun ləğvi və NATO-nun alyansa daxil olmayan və nüvə dövləti olmayan ölkələri cəlb edərək, həmin silahlarla davranış qaydalarını öyrətdiyi təlimlərinin dayandırılması da yer alır.“Bu qıcıqlandırıcı məqam ləğv olunmadan qeyri-strateji nüvə silahı mövzusunun müzakirəsi mümkün deyil”, - Rusiya XİN-in cavabında deyilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_29:0:2760:2048_1920x0_80_0_0_a99747b74577a9d8f1425eef453710d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya nato və abş-a cavab verib - təfərrüat
rusiya nato və abş-a cavab verib - təfərrüat
Rusiya XİN ABŞ-ın təhlükəsizlik zəmanətlərinə cavab verib
Moskva ABŞ və NATO-dan alyansın Şərqə doğru genişlənməsindən hüquqi imtinasının məzmunu və formaları barədə konkret təklif gözləyir.
BAKI, 17 fevral – Sputnik. Rusiyanın təhlükəsizlik zəmanətləri barədə təkliflərinə ayrı-ayrı hissələrə bölünərək deyil, kompleks şəkildə baxılmalıdır. Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin ABŞ-ın təhlükəsizlik zəmanətlərinə bu gün verdiyi cavabında qeyd edilib.
Əsas tələb kimi NATO-nun Rusiyanın təhlükəsizliyinə zərbə vuran gələcək fəaliyyətlərdən imtinası göstərilir. Bildirilir ki, əks halda ayrı-ayrı istiqamətlər üzrə hərbi fəaliyyətlərin cilovlanmasını təmin edən hərbi risklərin azaldılması və silahlara nəzarət üzrə qarşılıqlı tədbirlər, əgər hətta onlarla bağlı razılığa gəlinsə belə, perspektivdə dayanıqlı olmayacaq.
RF XİN eləcə də Amerikaya bildirib ki, Rusiya özünün təhlükəsizlik zəmanətlərinə dair sənədlərində Avro-Atlantikada formalaşması davam edən qəbuledilməz situasiyanın kompleks şəkildə və uzunmüddətli həllinin prinsiplərinə riayət etməyi məsləhət görür.
Xüsusilə Moskva ABŞ və NATO-dan alyansın Şərqə doğru genişlənməsindən hüquqi imtinasının məzmunu və formaları barədə konkret təklif gözləyir.
Rusiya XİN Vaşinqtonu və Alyansı sülh və təhlükəsizliyin qorunmasında büynəlxaıq öhdəliklərin yerinə yetirilməsinə çağırıb.
Həmçinin Rusiyanın xarici siyasət idarəsi bildirir ki, ABŞ və müttəfiqləri Rusiyanın cilovlanmasından əl çəkməli və hərbi-siyasi vəziyyətin deeskalasiyası üçün konkret əməli tədbirlər görməlidirlər.
“2011-ci il Vyana sənədləri çərçivəsində etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri müasir vəziyyətə adekvatdır. Onların yenilənməsi imkanının müzakirəsinə başlamaq üçün lazımi şərtlər təmin olunmalıdır”, - sənəddə deyilir.
RF-in irəli sürdüyü yeni “təhlükəsizliyin bərabərləşdirilməsi“ konsepsiyası aktuallığını qoruyur, onun elementləri Amerika tərəfinin diqqətinə çatdırılmışdı, Rusiya XİN-in məlumatında bildirilir.
Bundan əlavə, Rusiya nazirliyinin cavabında vurğulanır ki, qeyri-strateji nüvə silahı mövzusunun müzakirəsi həmin silahın NATO-nun nüvə dövləti olmayan üzvlərinin ərazisində yerləşdirilməməsi həll olunmayana qədər mümkün deyil.
“Aydınlaşdırmaq istərdik ki, bizim təkliflərimizdə söhbət bəzi nüvə dövləti olmayan NATO dövlətlərinin ərazisində Rusiya torpaqlarındakı hədəfləri vurmağa qadir olan ABŞ-ın nüvə silahının mövcudluğu (hansı ki, NSYM-i pozur) probleminin həllindən söhbət gedir”, - qurumun məlumatında qeyd olunur.
O cümlədən, sənəddə Avropada bu cür silahların sürətli yerləşdirilməsinə imkan verən infrastrukturun ləğvi və NATO-nun alyansa daxil olmayan və nüvə dövləti olmayan ölkələri cəlb edərək, həmin silahlarla davranış qaydalarını öyrətdiyi təlimlərinin dayandırılması da yer alır.
“Bu qıcıqlandırıcı məqam ləğv olunmadan qeyri-strateji nüvə silahı mövzusunun müzakirəsi mümkün deyil”, - Rusiya XİN-in cavabında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.