https://sputnik.az/20220217/kisida-rusiya-prezidenti-ile-ukrayna-meselesini-danisdi-439275894.html
Kisida Rusiya prezidenti ilə Ukrayna məsələsini danışdı
Kisida Rusiya prezidenti ilə Ukrayna məsələsini danışdı
Sputnik Azərbaycan
Kisida Tokionun Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla azaldılması səylərinə qoşulduğunu bildirib. 17.02.2022, Sputnik Azərbaycan
2022-02-17T18:18+0400
2022-02-17T18:18+0400
2022-02-17T18:18+0400
putin
rusiya
yaponiya
baş nazir
telefon danışığı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438323344_0:0:3025:1702_1920x0_80_0_0_b046f9a6cd13197969eb618fa44f402a.jpg
BAKI, 17 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Yaponiyanın baş naziri Fumia Kisida arasında telefon danışığı baş tutub.Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir."Mən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdım. Prezident Ukrayna barədə Rusiyanın mövqeyini izah etdi. Mən öz növbəmdə problemin həlli üçün diplomatik səylərin vacibliyini vurğuladım", - danışıqlardan sonra mətbuat konfransı keçirən Kisida söyləyib.Bundan başqa, Kisida Putinə "regionda status-kvonun güc yolu ilə dəyişdirilməsi əvəzinə bütün tərəfləri qane edən həllərin tapılmasının" vacib olduğunu deyib."Biz Rusiya-Yaponiya münasibətləri üzrə dialoqu, o cümlədən sülh müqaviləsi, digər qlobal məsələlər və Ukrayna ətrafındakı vəziyyət üzrə danışıqları davam etdirməyə qərar verdik. Mən gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsini istərdim", - Kisida əlavə edib.Bundan əvvəl Kisida başçılıq etdiyi fraksiyanın üzvləri ilə görüşündə Tokionun Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla azaldılması səylərinə qoşulduğunu bildirmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438323344_0:0:2731:2048_1920x0_80_0_0_b63217160559a7dcf3981aff0b02d34a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kisida rusiya prezidenti ilə ukrayna məsələsini danışdı
kisida rusiya prezidenti ilə ukrayna məsələsini danışdı
Kisida Rusiya prezidenti ilə Ukrayna məsələsini danışdı
Kisida Tokionun Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla azaldılması səylərinə qoşulduğunu bildirib.
BAKI, 17 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Yaponiyanın baş naziri Fumia Kisida arasında telefon danışığı baş tutub.
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Mən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdım. Prezident Ukrayna barədə Rusiyanın mövqeyini izah etdi. Mən öz növbəmdə problemin həlli üçün diplomatik səylərin vacibliyini vurğuladım", - danışıqlardan sonra mətbuat konfransı keçirən Kisida söyləyib.
Bundan başqa, Kisida Putinə "regionda status-kvonun güc yolu ilə dəyişdirilməsi əvəzinə bütün tərəfləri qane edən həllərin tapılmasının" vacib olduğunu deyib.
"Biz Rusiya-Yaponiya münasibətləri üzrə dialoqu, o cümlədən sülh müqaviləsi, digər qlobal məsələlər və Ukrayna ətrafındakı vəziyyət üzrə danışıqları davam etdirməyə qərar verdik. Mən gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsini istərdim", - Kisida əlavə edib.
Bundan əvvəl Kisida başçılıq etdiyi fraksiyanın üzvləri ilə görüşündə Tokionun Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla azaldılması səylərinə qoşulduğunu bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.