https://sputnik.az/20220217/daha-bir-soz-senetkarini-itirdik-439262097.html
Daha bir söz sənətkarını itirdik
Daha bir söz sənətkarını itirdik
Sputnik Azərbaycan
Sonuncu iş yeri Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib... 17.02.2022, Sputnik Azərbaycan
2022-02-17T10:39+0400
2022-02-17T10:39+0400
2022-02-17T10:42+0400
qarabağ
cəmiyyət
xankəndi
rektor
şair
vəfat
https://cdnn1.img.sputnik.az/img/07e6/02/11/439262256_0:66:1200:741_1920x0_80_0_0_3bc942b7b32d1ea0a4ba688c01ec11fd.jpg
BAKI, 16 fevral — Sputnik. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib.Sputnik Azərbaycan xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.Qeyd edək ki, Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu) 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. "M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə edib. AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb."Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunub. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləyib. Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti işləyib. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000-2002) olub. Sonuncu iş yeri Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib (1991). Bədii tərcümə ilə ciddi məşğul olub.Allah rəhmət eləsin!Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/11/439262256_64:0:1137:805_1920x0_80_0_0_b4ee936d0a5f8a129039f1099f4aaa15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycanlı şair vəfat edib
azərbaycanlı şair vəfat edib
Daha bir söz sənətkarını itirdik
10:39 17.02.2022 (Yenilənib: 10:42 17.02.2022) Sonuncu iş yeri Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib (1991).
BAKI, 16 fevral — Sputnik. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu) 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. "M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə edib. AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb.
"Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunub. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləyib. Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti işləyib. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000-2002) olub. Sonuncu iş yeri Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib (1991). Bədii tərcümə ilə ciddi məşğul olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.