Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyaya alma və pomidorun dəmiryolu ilə daşınmasına verilmiş icazənin müddəti uzadılıb

pomidor - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Bundan öncə cari ilin aprelin 1-dək pomidor və alma məhsullarının dəmiryolu vasitəsilə Rusiyaya daşınmasına icazə verilmişdi.
BAKI, 16 fevral — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əməkdaşlığın genişləndirilməsi, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoq mühitinin mövcudluğu və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verməkdədir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci il iyunun 11-də AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.
Bildirilib ki, bu sahədə hazırkı şəraitdə mövcud olan infrastruktur nəzərə alınaraq müddətin uzadılması ilə bağlı AQTA tərəfindən "Rosselxoznadzor"a rəsmi müraciət olunub, Agentliyin sədri Qoşqar Təhməzli ilə "Rosselxoznadzor" rəhbəri Sergey Dankvert arasında fevralın 14-də növbəti danışıqlar həyata keçirilib.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib, alma və pomidor məhsullarının 2023-cü il yanvarın 1-nə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.
Birgə səmərəli fəaliyyətə, Azərbaycandan Rusiyaya alma və pomidor məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, eləcə də AQTA-nın zəmanəti əsasında bu ölkəyə məhsul ixracına icazələrin verilməsi ilə bağlı Q.Təhməzli rusiyalı həmkarına təşəkkürünü bildirib.
Qeyd edək ki, "Rosselxoznadzor" tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Hazırda ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.
Xəbər lenti
0