Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hər şey plana uygun olacaq - Putin və Şolts müharibə mövzusunda mübahisə etdilər

© REUTERS / SPUTNIK/Sergey GuneevVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Almaniya kanslerinin kiçik turunun əsas nəticəsi hələlik Kiyevə maliyyə dəstəyi vədidir, Berlin əvvəlkitək silah tədarük etmək niyyətində deyil.
Tatyana Mişina, RİA Novosti
Ukrayna ətrafında beynəlxalq çaxnaşma partlayışı yaşanır. Rusiyanın "işğalı" fevralın 16-na planlaşdırılıb. Diplomatlar, milyarderlər və deputatlar Kiyevi tərk edirlər. Prezident Vladimir Zelenski geri qayıtmağı tələb edir – "əks təqdirdə dövlət nəticə çıxarmalıdır". Kremldə bu cür məlumatlar yumorla qəbul edilir, ancaq "belə maniakal informasiya çılğınlığına anlayışla yanaşmaq mümkün deyil".
Bu fonda Almaniya kansleri Olaf Şolts Moskvaya uçub - keçirilən ilk mətbuat konfransında Vladimir Putinlə müxtəlif siyasi dillərdə danışıblar.
"Bu hücumların sayı nə qədər olub?"
"Çox təhlükəlidir. Baş nazir Rusiya qüvvələrinin güclənməsi barədə xəbərdarlıq edib" – "The Guardian" qəzetinin başlığı belədir. "Putinə son xəbərdarlıq! Ya sülh, ya da bunun əvəzini ağır ödəyəcəksən!" – "Daily Express"in ön səhifəsində dərc olunub. "Müharibəni dayandırmaq üçün son şans", - "Mirror" qəzeti nəhəng hərflərlə xəbərdarlıq edib. İngiltərənin əsas sarı qəzeti hətta "işğal" üçün konkret vaxt da təyin edib - gecə saat birdə (Moskva vaxtı ilə gecə saat dörddə).
Qərb mətbuatının planlaşdırdığı tarix yaxınlaşdıqca həyəcan çoxalır. Ötən şənbə günü bir sıra biznes təyyarələri və çarterlər Ukraynanın səmasında sıraya düzülmüşdü. Vladimir Zelenski hətta ölkəni tərk edən Ali Rada deputatlarına müraciət edərək "24 saat ərzində" qayıtmağı xahiş edib. Oliqarxlarla bu daha çətindir. "Dövlət burada biznesə təsir edə bilməz. Ancaq hesab edirəm ki, onlar artıq özləri üçün hökmlərini veriblər, öz müəssisələrinə qayıtmalıdırlar. Onlar sadə insanlar, IT mütəxəssisi deyillər axı", - prezident bildirib.
Və deyəsən, onu eşitdilər. Milyarder Rinat Əhmədovun mətbuat katibi bildirib ki, o, fevralın 16-da Mariupolda olacaq. Məsələn, deputat Vadim Novinski isə özünə belə haqq qazandırıb: "Mən gizlənməmişəm. Cümə günü elan etdilər ki, Rusiya ayın 15-də, sonra ayın 16-da hücum edəcək. İndi nə edək? Bu hücumların sayı nə qədər olub?"
Bazar ertəsi Moskvada Vladimir Putin növbə ilə xarici işlər və müdafiə nazirlərini qəbul edib. Sergey Lavrov ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri, Sergey Şoyqu isə hərbi təlimlərlə bağlı danışıqların gedişatı barədə məlumat verib. Qərb tərəfdaşlarından alınan cavablar əsasən Rusiyaya sərf etmir, ancaq diqqətəlayiq təkliflər ehtiva edir. Barens, Qara və Baltik dənizlərində, eləcə də Qərbi, Şərqi və Mərkəzi hərbi dairələrdə manevrlər isə tezliklə başa çatacaq.
"Qoşunlar daimi əsaslandırılmış yerlərə qayıtmağa başlayırlar. Sizi inandırıram ki, əgər Qərb hələ deməyibsə, mütləq deyəcək: "Görürsünüz, biz onları necə sıxdıq, Bayden səsini çıxardan kimi onlar dərhal qorxdular və bizim tələblərimizi yerinə yetirdilər!" Bu, hava alıb-satmaqdır", - Lavrov istehza ilə qeyd edib.
Qərb mediasındakı "işğal" kəlməsi ləğv olunmasa da, tarixlərində düzəlişlər edildi. CNN gecikməni hava şəraiti ilə əlaqələndirir: "Rusiya işğalı"na qarın əriməsi və yumşaq torpaq mane ola bilər. Ancaq bu, uzaqmənzilli artilleriya, təyyarə və raketləri dayandıra bilməyəcək, - deyə jurnalistlər televiziya reportajında əminliklə qeyd ediblər.
Bu fonda xarici səfirliklər diplomatların getmələri ilə bağlı məlumat verməkdə davam edirlər. ABŞ missiyasının əsas heyəti artıq Kiyevdən Lvova köçüb. Digər bir aviaşirkət olan "Norwegian" təhlükəsizlik vəziyyəti ilə əlaqədar Ukrayna üzərindən uçuşları dayandırır. Kiyevdə isə əhalinin təxliyəsi ilə bağlı komissiyalar yaradırlar.
Ukrayna tərəfdaşları ilə mübahisə edib
Bazar ertəsi axşam Zelenski "Xalqın xidmətçiləri" fraksiyasının iclasına gəlib. "Strana" nəşrinin məlumatına görə, dövlət başçısı bildirib ki, Ukrayna çaxnaşmanın artması səbəbindən tərəfdaşlari ilə "dalaşıb", ancaq nəticədə qarşılıqlı anlaşma əldə olunub. "O, bizə başa salmağa çalışdı ki, onlar bizimlə oynayırlar, ancaq biz müqavimət göstəririk. Həmçinin qaçmamağa və bununla nümunə göstərməyə çağırıb", - deyə deputatlardan biri qeyd edib.
Güvənverici bəyanatların başqa bir hissəsi müdafiə naziri Aleksey Reznikovdan gəldi. Onun sözlərinə görə, hələlik ölkədə hərbi vəziyyətin tətbiqi üçün heç bir əsas yoxdur.
Ukraynanın İngiltərədəki səfiri Vadim Pristayko isə NATO-ya üzv olmaqdan imtina etməyi barədə fərziyyələr səsləndirib və bundan sonra uzun müddət buna görə üzr istəyib. Bununla belə, Zelenskinin etirafına görə, məhz belə sözləri Qərbdə eşitmək istəyirlər. "Düşünürəm ki, bu gün bir çox liderlər Ukraynaya alyansa üzv olmaq məsələsini qaldırmamağın mümkünlüyünə bir az eyham vururlar. Mənə elə gəlir ki, bunu artıq heç kim gizlətmir", - deyə o, Almaniya kansleri Olaf Şoltsla görüşdə qeyd edib.
"Bu məsələ gündəmdə deyil. Ona görə də Rusiya hökumətinin mövzunu böyük siyasi məsələnin bir hissəsinə çevirməsi qeyri-adi haldır", - deyə Şolts cavab verib. Çərşənbə axşamı o, Moskvada keçirilən mətbuat konfransında Vladimir Putindən izahat alıb.
"Deyirlər ki, bu, sabah olmayacaq. Bəs nə vaxt olacaq? Birisigün? Bu bizim üçün tarixi perspektivdə nəyi dəyişir? Tamamilə heç bir şeyi. Biz Ukraynanın bu gün NATO-ya daxil olması barədə hazır olmadığını eşidirik. Buna hazır olduqları zaman onları qəbul edəcəklərmi? Ancaq bu bizim üçün çox gec ola bilər. Ona görə də biz bu məsələni indi həll etmək istəyirik. Məhz indi, yaxın vaxtlarda, danışıqlar prosesi zamanı, sülh yolu ilə", - deyə Rusiya prezidenti bildirib.
Sərt söz mübadiləsi
Son günlərdə həm Vaşinqtonda, həm də Kiyevdə olan kansler Putinlə üç saatdan çox söhbət edib. Hər ikisi danışıqları yüksək qiymətləndirərək, işgüzar mühiti və geniş mövzuları qeyd edib.
Şolts təkrar etdi ki, Qərbdə Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsindən çox narahatdırlar, ancaq diplomatiyanın imkanlarını tükənmiş hesab etmir: "İndi söhbət bu böhranın sülh yolu ilə həlli istiqamətində qətiyyətlə və cəsarətlə çalışmaqdan getməlidir". O, bölmələrin bir hissəsinin daimi dislokasiya yerlərinə qayıtmasını "yaxşı əlamət" adlandırıb.
Almaniya kansleri əmindir ki, Avropada müharibəni təsəvvür etmək mümkün deyil. Ancaq Putin NATO-nun Yuqoslaviyanı bombaladığını xatırladaraq buna etiraz edib. Şolts soyqırım təhlükəsinin olduğunu və Şimali Atlantika Alyansının bunun qarşısını almaq məcburiyyətində qaldığını söyləyib. Rusiya prezidenti qeyd edib ki, Moskva da Donbasda baş verənləri soyqırım hesab edir. Kansler "soyqırım" sözünün çox sərt olduğunu bildirərək: "Bu səhvdir", - deyə əlavə edib.
Donbass mövzusu havada uçur. Səhər Dövlət Dumasının deputatları reytinq səsverməsindən sonra özlərini respublika elan edən Donetsk və Luqanskın tanınması məsələsi ilə dərhal prezidentə müraciət etmək qərarına gəliblər. Hadisələrin bu cür inkişafı, Şoltsun fikrincə, Minsk prosesini dayandıracağı üçün "siyasi fəlakət" olardı.
Putin qeyd edib ki, Rusiyada böyük əksəriyyət Donbass sakinlərini dəstəkləyir və deputatlar bunu hiss edirlər. Paris və Berlin isə Kiyevə təsir etməlidir ki, Ukrayna 7 il əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.
Moskvanın indiki vəziyyətdə növbəti addımları barədə soruşuldu. "Plana əsasən. Bu nədən ibarət olacaq? Yerlərdəki real vəziyyətdən. Onun necə formalaşacağına kim cavab verə bilər? Hələ heç kim, bu, yalnız bizdən asılı deyil", - deyə Rusiya prezidenti izah edib.
Üzvlük əvəzinə - yeni borclar
"Ukraynanın NATO-ya daxil olması lap əvvəldən mümkün deyildi. Alyans üçün bu, Rusiyaya təsir vasitəsidir, Moskvanın fəaliyyətini məhdudlaşdırmaq cəhdidir. Siyasi elmlər doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Natalya Yeryomina hesab edir ki, eyni şey Aİ-yə daxil olmaq üçün də keçərlidir. - Əməkdaşlıq etmək olar, qoşulmaq olmaz. Ukrayna niyə bu strukturlardadır? Kiyev artıq lazım olan hər şeyi edir. Ancaq gözləntiləri və ümidləri idarə etmək olar".
Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Alman Tədqiqatları Mərkəzinin elmi işçisi Aleksandr Kamkin Şoltsun səfərini Emmanuel Makronun bu yaxınlardakı gəlişindən daha məhsuldar hesab edib. "Rusiya ilə Almaniyanı iqtisadi əməkdaşlıq bağlayır, üstəlik Moskva və Berlin arasında danışıqlar prosesi ilə bağlı daha çox əlaqə nöqtələri var. Makron ilk növbədə öz seçki kampaniyası ilə maraqlanırdı. Şoltsa bu lazım deyil", - deyə ekspert qeyd edib.
Ancaq Almaniya kanslerinin kiçik turunun əsas nəticəsi hələlik Kiyevə maliyyə dəstəyi vədidir, Berlin əvvəlkitək silah tədarük etmək niyyətində deyil. ABŞ bir milyard dollar, Kanada əlavə 390 milyon dollar kredit zəmanəti təklif edib. Vəziyyətin gərginləşməsi səbəbindən investorların Ukraynanı sürətlə tərk etdiklərini nəzərə alsaq, orada silahdan çox, pula ehtiyac var.
Xəbər lenti
0