https://sputnik.az/20220216/dunyanin-taninmis-seyyahlari-susada-439241291.html
Dünyanın tanınmış səyyahları Şuşada
Dünyanın tanınmış səyyahları Şuşada
Sputnik Azərbaycan
Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T16:38+0400
2022-02-16T16:38+0400
2022-02-21T09:59+0400
şuşa
qarabağ
səyyahlar
səfər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428032471_0:321:3071:2048_1920x0_80_0_0_d975fa42a6291927c3d1a327d4b9acff.jpg
BAKI, 16 fevral — Sputnik. Xocalı soyqırımının 30 illiyi ərəfəsində 21 ölkədən olan tanınmış səyyahlar işğaldan azad edilmiş ərazilərə səfəri Şuşa şəhərini ziyarətlə başlayıb.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Dünya şöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğu hadisələri qonaqlara danışıb, Şuşa şəhərinin erməni işğalından əvvəlki və sonrakı vəziyyəti haqqında səyyahlara məlumat verib.Ziyarətçilər daha sonra Yuxarı Gövhərağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.Səfər iştirakçılarının Şuşada son dayanacağı Cıdır düzü olub. Onlar Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin yoldaşı - Video
Sputnik Azərbaycan
İllərlə həyat yoldaşının yolunu gözləyən X.Qədirova onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona xəbər gəlir.
2022-02-16T16:38+0400
true
PT1M16S
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428032471_223:0:2954:2048_1920x0_80_0_0_4a3f302fe388b2a63dc303d7ebbf1dcc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şuşa vacib qonaqlara qucaq açdı: səyyahlara bütün məlumat verildi
şuşa vacib qonaqlara qucaq açdı: səyyahlara bütün məlumat verildi
Dünyanın tanınmış səyyahları Şuşada
16:38 16.02.2022 (Yenilənib: 09:59 21.02.2022) Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər
BAKI, 16 fevral — Sputnik. Xocalı soyqırımının 30 illiyi ərəfəsində 21 ölkədən olan tanınmış səyyahlar işğaldan azad edilmiş ərazilərə səfəri Şuşa şəhərini ziyarətlə başlayıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Dünya şöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğu hadisələri qonaqlara danışıb, Şuşa şəhərinin erməni işğalından əvvəlki və sonrakı vəziyyəti haqqında səyyahlara məlumat verib.
Ziyarətçilər daha sonra Yuxarı Gövhərağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.
Səfər iştirakçılarının Şuşada son dayanacağı Cıdır düzü olub. Onlar Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.