Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan və Başqırdıstan arasında iqtisadi əməkdaşlıq: potensial və gələcək

© Sputnik / Gennady Karpov / Mediabanka keçidUfa
Ufa - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Lena İzotova Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək konfransda əməkdaşlığın perspektivləri barədə məlumat verəcək.
BAKI, 16 fevral — Sputnik. Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində Başqırdıstan Respublikasının nümayəndə heyəti beynəlxalq çoxsaxəli işgüzar missiyasında iştirak etmək məqsədilə Bakıya gəlib. Respublikanın ən iri istehsalçılarının nümayəndələrinin daxil olduğu biznes missiyası Kənd Təsərrüfatı Nazirliyində, eləcə də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində (KOBİA) bir sıra görüşlər keçirib.
Məlumdur ki, işgüzar nümayəndə heyəti tərəvəz konservləri, kətan və raps yağı, quru süd, taxıl, buğda və digər dənli bitkilərin istehsalı kimi sahələrdə fəaliyyət göstərən 13 şirkətlə təmsil olunur. Özünün ərzaq təhlükəsizliyini təmin etmək vəzifəsini qoyan Azərbaycan üçün Başqırdıstan şirkətləri ilə əməkdaşlıq xüsusi maraq doğurur.
Azərbaycan və Rusiya regional əməkdaşlıq fonunda iki respublika arasında səfər zamanı hansı nəticələrin əldə edildiyi və iqtisadi əməkdaşlığın perspektivləri barədə Başqırdıstan nümayəndə heyətinin rəhbəri, Başqırdıstan Respublikasının xarici iqtisadi əlaqələr və konqres fəaliyyəti nazirinin birinci müavini Lena İzotova fevralın 18-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək konfransda məlumat verəcək.
Tədbir iştirakçısına suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0