https://sputnik.az/20220215/qarabagdaki-ermeni-quldur-destelerinin-apardigi-muhendis-islerinin-qarsisi-alinib---mn-439216331.html
Erməni tərəfi quldurlar arasında baş verən cinayətləri ört-basdır etməyə çalışır - MN
Erməni tərəfi quldurlar arasında baş verən cinayətləri ört-basdır etməyə çalışır - MN
Sputnik Azərbaycan
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
2022-02-15T20:44+0400
2022-02-15T20:44+0400
2022-02-15T21:34+0400
qarabağ
mn
sülhməramlı
https://cdnn1.img.sputnik.az/img/41652/71/416527151_0:0:1591:895_1920x0_80_0_0_f66ae37cde4526d157f53e54c4960939.jpg
BAKI, 15 fevral - Sputnik. Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir."Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib.Nazirlikdən o da bildirilib ki, erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört-basdır etmək üçün növbəti təxribata əl atıb.Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41652/71/416527151_198:0:1391:895_1920x0_80_0_0_d7758e5b206a362496c5ddc14add7034.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
erməni quldur dəstələrinin apardığı mühəndis işlərinin qarşısı alınıb - mn
erməni quldur dəstələrinin apardığı mühəndis işlərinin qarşısı alınıb - mn
Erməni tərəfi quldurlar arasında baş verən cinayətləri ört-basdır etməyə çalışır - MN
20:44 15.02.2022 (Yenilənib: 21:34 15.02.2022) Nazirlikdən bildirilib ki, erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.
BAKI, 15 fevral - Sputnik. Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib.
Nazirlikdən o da bildirilib ki, erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.
Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört-basdır etmək üçün növbəti təxribata əl atıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.