https://sputnik.az/20220212/bakida-tecili-tibbi-yardim-masini-asdi---vdeo-439098051.html
Bakıda təcili tibbi yardım maşını aşdı - VİDEO
Bakıda təcili tibbi yardım maşını aşdı - VİDEO
Sputnik Azərbaycan
Maşının aşması nəticəsində sürücü xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T13:26+0400
2022-02-12T13:26+0400
2022-02-12T13:45+0400
paytaxt xəbərləri
təcili tibbi yardım xidməti
təcili tibbi yardım avtomobili
təcili tibbi yardım
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/40907/41/409074104_0:111:3247:1937_1920x0_80_0_0_9b1517bd49642769a4b7610dbb4d86de.jpg
BAKI, 12 fevral — Sputnik. Bakıda təcili yardım avtomobili aşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Telegram" sosial şəbəkəsində video yayılıb. Məlumata görə, hadisə Rəşid Behbudov küçəsində baş verib.Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumatı təsdiqləyib. Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza zamanı təcili tibbi yardım maşının sürücüsü tək olub. Maşının aşması nəticəsində sürücü xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sürücünün yaraları ağır olmadığından ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Sürücünün kəllə sümüyündə qırıq, başında müəyyən zədələr qeydə alınıb. Qeyd edək ki, ötən il bənzər hadisə baş vermişdi. Qaxdan Qobustana COVID-19 xəstəsi aparan təcili tibbi yardım maşını qəzaya düşmüşdü. Hadisə Şəki şəhəri, Salman Mümtaz küçəsində baş vermişdi.Qax rayon sakini, 43 yaşlı Amiran Bayramaşvilinin idarə etdiyi, Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qax şəhərindən Qobustan rayonuna müalicə üçün aparılan koronavirus xəstəsi xəsarət alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40907/41/409074104_259:0:2988:2047_1920x0_80_0_0_bfbaa031d04f522bbf3d744c87806856.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təcili tibbi yardım xidməti, təcili tibbi yardım avtomobili, təcili tibbi yardım, səhiyyə nazirliyi
təcili tibbi yardım xidməti, təcili tibbi yardım avtomobili, təcili tibbi yardım, səhiyyə nazirliyi
Bakıda təcili tibbi yardım maşını aşdı - VİDEO
13:26 12.02.2022 (Yenilənib: 13:45 12.02.2022) Maşının aşması nəticəsində sürücü xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
BAKI, 12 fevral — Sputnik. Bakıda təcili yardım avtomobili aşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Telegram" sosial şəbəkəsində video yayılıb. Məlumata görə, hadisə Rəşid Behbudov küçəsində baş verib.
Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumatı təsdiqləyib. Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza zamanı təcili tibbi yardım maşının sürücüsü tək olub.
Maşının aşması nəticəsində sürücü xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sürücünün yaraları ağır olmadığından ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Sürücünün kəllə sümüyündə qırıq, başında müəyyən zədələr qeydə alınıb.
Qeyd edək ki, ötən il bənzər hadisə baş vermişdi. Qaxdan Qobustana COVID-19 xəstəsi aparan təcili tibbi yardım maşını qəzaya düşmüşdü. Hadisə Şəki şəhəri, Salman Mümtaz küçəsində baş vermişdi.
Qax rayon sakini, 43 yaşlı Amiran Bayramaşvilinin idarə etdiyi, Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qax şəhərindən Qobustan rayonuna müalicə üçün aparılan koronavirus xəstəsi xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.