Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Azərbaycanda eyvanlara basqın edildi - zivələrdəki geyimləri belə apardılar

© AFP 2023 / JONATHAN NACKSTRANDİnsan silueti
İnsan silueti - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxsə isə hökm oxunub
BAKI, 12 fevral — Sputnik. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə fevralın 11-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə,
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində daha 3 evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlaması da müəyyən edilib.
Bundan başqa, qeyd edək ki, Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxsə hökm oxunub.
Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, Bakıda xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əfsun Əhmədliyə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum olunub, barəsində hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan edilib.
Hökmə görə, zərərçəkmişlərin mülki iddiaları təmin olunub.
İttiham aktına əsasən, Ə.Əhmədli cinayət işi üzrə zərərçəkmişlərə özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edərək xüsusilə külli miqdarda dələduzluq edib.
İstintaq materiallarında qeyd edilir ki, o, zərərçəkmişlərin bəzilərinə İrandan Azərbaycana şam ağacı idxal və satışını təşkil emək, toyuq budu idxal edib Çində satmaq, borc pul alıb qaytaracağı və digər vədlər verib. Daha sonra Ə.Əhmədli verdiyi vədlərə əməl etməyib.
Cinayət işində bir neçə zərərçəkmiş var. O, həmin şəxslərdən ümumilikdə 3 378 837 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Ə.Əhmədlinin barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər lenti
0