Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin MDB ölkələri ilə bağlı əsas məsələni açıqlayıb

© Sputnik / Рамиль Ситдиков / Fotobanka keçməkVladimir Putin, arxix şəkli
Vladimir Putin, arxix şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Rusiya prezidenti bildirib ki, postsovet dövlətləri ilə əlaqələr xarici siyasətin prioritet istiqamətlərindən biridir.
BAKI, 11 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə MDB ölkələri ilə əməkdaşlığın müzakirəsini və bu sahədə mexanizmlərin təkmilləşdirilməsini təklif edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
"Xarici siyasətimizin prioritet istiqamətlərindən biri postsovet məkanında MDB ölkələri ilə əlaqələrdir. Bu gün biz məhz bu mövzunu müzakirə edəcəyik. Və bir daha qeyd etmək istəyirəm ki, bu, əlbəttə ki, bizim üçün əsas məsələlərdən biridir", - deyə Putin vurğulayıb.
"Bizim bu məkanda çoxlu təşəbbüslərimiz var, aparıcı tərəfdaşlarımızla çox yaxşı dialoqumuz var, ticarət həcmimiz böyükdür. Biz bu ölkələrin bir çoxu ilə Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində işləyirik. Son hadisələr göstərir ki, bütün bunlar müsbət nəticə verir, tələbat var. Bu gün biz sizinlə son illərdə bu sahədə yaratdığımız mexanizmləri necə təkmilləşdirəcəyimizi müzakirə edəcəyik", - deyə prezident əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0