Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

BNA parklanmaya görə cərimə yaza bilməyəcək?

© Sputnik / Anar MustafayevBakıda küçələrin birində park edilmiş avtomobillər, arxiv şəkli
Bakıda küçələrin birində park edilmiş avtomobillər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Fazil Mustafa qeyd edir ki, indiyədək parklanmanın BŞİH-də olması, effekt verməməsi səlahiyyətlərin yenidən onlara verilməsində səmərə olmayacağına əsas yaradır.
BAKI, 11 fevral — Sputnik. Prezident İlham Əliyevin Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində fərmanına əsasən, dünən Bakı Nəqliyyat Agentliyi ( BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyinə verilib. Agentliyin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verildi.
Dünəndən başlayaraq dəyişikliyin nəqliyyat sahəsində hansı müsbət yeniliklərə səbəb olacağı müzakirə olunur. Ən çox müzakirəyə səbəb olan məqamlar isə, Bakıda parklanma məsələsinin necə tənzimlənəcəyi, dayanma-durmaya görə, cərimələri hansı qurumun yazacağıdır.
BŞİH-ə ümid azdır
Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, BNA-nın BŞİH-nin tabeliyinə verilməsindən sonra müsbətə doğru böyük dəyişiklik olacağını gözləmir. Onun sözlərinə görə, bunlar bir eksprementlərdir. F. Mustafa bildirir ki, Bakı şəhərində şəhərsalma, yol və körpülərin inşası ilə bağlı məsələlər gecikib. Artıq paytaxtın yeni dizaynı mümkün deyil. O, deyir ki, paytaxtın ən fəlakətli kanalizasiya problemi qalmaqdadır. Deputatın sözlərinə görə, şəhərin yağış suyunun axıdılması üçün yağış xətləri vaxtında qurulmayıb.
F. Mustafa qeyd edir ki, Bakıdakı nəqliyyat və infrastukturun qurulmasının konkret quruma verilməsi müsbət haldır. Ayrı-ayrı şəxslərə verilməsi isə ziddiyət yaradırdı. Deputat deyir ki, BNA indiyədək müsbət işlər də görüb. Amma əsas hədəfi cəriməyə yönəltməsi doğru addım sayıla bilməzdi. Çünki, bundan əziyyət çəkən vətəndaşdır. Onun fikrincə, şəxslərdənsə qurumların işə məsul olması daha yaxşdır:
"Bu gün Bakıda yol infrastrukturunda köklü dəyişiklik aparaq çətindir. Paytaxtda velosiped yollarının salınması müsbət haldır. Amma bu iş 20-25 il əvvəl aparılmalıydı ki, nəticədə piyada yolunu daraltmaq hesabına velosiped yolları çəkilməsin. Eyni zamanda metro tikintisi dayandırılmamalıdır. Bakı kimi şəhərə 26 metro çox azdır. Bu say artırılmalıdır".
F. Mustafa qeyd edir ki, indiyədək parklanmanın BŞİH-də olması, effekt verməməsi səlahiyyətlərin yenidən onlara verilməsində səmərə olmayacağına əsas yaradır. Çünki, parklanma BŞİH-də olduğu dövrdə də bir sıra qanunsuzluqlara yol verilib: "Qanunsuz yığımlar yoxdur. Sadəcə qanundan üstün şəxslər var. Həmin şəxslər yığışdırılsa o pullar da büdcəyə veriləcək. O qədər pul hesabına parklanma aparatları qoyulmuşdu. Bəs həmin aparatlar hara getdi?
Parklanma tariflərinin müəyyən olunması sürətlənməlidir. Pakrlanma tarifləri çox bahadır. Bu isə qanunsuz parklanmaya rəvac verir. Paytaxtda ən azı bundan sonra inşa olunan binaların parklanma yerləri olmasına nəzarət artırılmalıdır".
Camaata əsassız cərimə yükləmək olmaz!
F. Mustafa hesab edir ki, cərimə inzibati məsuliyyət olduğundan, cəriməni tətbiq etmək səlahiyyəti də yol polisində olmalıdır. Həmçinin deputat bildirir ki, parkanma yerinin alternativi olmalıdır ki, insanlar avtomobilini yolda saxlamasınlar. Onun sözlərinə görə, insanlara iş yerində, yaşadığı binanın həyətində saxladığına görə cərimə tətbiq oluna bilməz.
"BŞİH parklama ilə bağlı ümidləri doğrultmayıb"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda fərmanda parklanmanın kimin səlahiyyətində qalması aydın deyil: "Hacıbala Abutalıbovun dövründə BŞİH parklanma ilə bağlı işi yarıtmayıb. Yenidən parklanmanın təşkilində BŞİH-nin hansısa rol oynamasına ehtiyac yoxdur. Parklanma barədə həmin dövrdə çox qanunsuzluqlar olub. Parkomatların bir çoxu onu quranların şəxsi biznesinə çevrilmişdi. Parklanmadan toplanan pullar həmin şəxslərə çatırdı".
BNA daha cərimə yazmayacaq?
E. Muradlı bildirir ki, parklanma məsələsinə nəzarətin yol polisinə verilməsi daha məqsədəuyğundur. Çünki, yol polisi hansı hallarda, hansı saatlarda dayanma-durmaya görə cərimə yazılmasını daha düzgün tətbiq edir:
"Yol polisinin vaxtında axşam saat 8-dən sonra heç bir sürücüyə dayanma-durmaya görə cərimə yazılmırdı. Amma BNA gecə saat 12:00-da küçə boş olanda da dayana-durmaya görə sürücünü cərimələyirdi. Bu artıq camaatı narazı salmaq, qazanc məqsədi güdmək idi. Yol polisi də həmin məsələlərdən nəticə çıxardaraq öz işini düzgün qurmalıdır. Onlar da gecə-gündüz demədən cərimə edəcəksə onun da sonu yaxşı olmayacaq. Çünki yol polisinin dövründə də evakuatorla avtomobillərin bir neçə saniyyə içərisində qaçırılması halları baş verirdi. Burada əsas hədəf insanları cərimələmək yox, hərəkətin təşkilidir. Cənab prezident də öz çıxışında qeyd edib ki, öncə şərait yaradıb sonra cərimə etmək olar. Amma BNA buna əməl etmədi".
Ekspert hesab edir ki, artıq BNA-nın bundan sonra cərimə yazmasının artıq məntiqi əsası qalmayıb.
Yeni Fərman
Xatırladaq ki, prezidentin məlum fərmanına əsasən Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi həvalə olunan Agentliyin yenidən təşkil və ləğv edilməsi, Nazirlər Kabineti ölkə prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsini həyata keçirəcək.
Eyni zamanda NK Prezidentlə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması; işçilərinin say həddinin təsdiqi; "Publik hüquqi şəxslər haqqında" ölkə qanunun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsini gerçəkləşdirəcək.
Bakı Şəhər İcra Hakimiyyəti bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli ilə məşğul olacaq.
Agentliyin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu fərmanla Daxili İşlər Nazirlyinin tabeliyinə verilir.
Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində ölkə prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Həmçinin bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində ölkə başçısına təqdim etməlidir.
NK-ya Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etmək, eləcə də Fərmandan irəli gələn digər məsələlərin həlli həvalə olunub.
Xəbər lenti
0