Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya UNESСO-nun Azərbaycan və Ermənistana missiyasının göndərilməsini alqışlayır

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Mariya Zaxarova bildirib ki, mədəni-tarixi irsin qorunması məsələsi Moskvanın Bakı və İrəvanla müntəzəm təmasları zamanı müzakirə olunur.
BAKI, 9 fevral - Sputnik. Rusiya Azərbaycan və Ermənistanda UNESCO missiyasının mümkün qədər tez təşkilinin tərəfdarıdır. Bunu Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
"Bakı və İrəvanla müntəzəm təmaslarımız zamanı mədəni-tarixi irsin qorunub saxlanması mövzusu müzakirə olunur. Biz həm ATƏT-in Minsk qrupunun sədrləri vasitəsilə də əməkdaşlıq üzərində işləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Mədəniyyət Nazirliyi yaxın vaxtlarda Ermənistan və Azərbaycana UNESCO missiyasının göndərilməsi ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da çərşənbə günü bildirib ki, İrəvan UNESCO-nun regiona qiymətləndirmə missiyası göndərmək niyyətini alqışlayır.
Qedy edək ki, Ermənistan ərazisində əsrlər boyu orada yaşamış azərbaycanlıların zəngin tarixi, mədəni və dini irsi var. 1869-cu ildə Rusiya Qubernatorluğunun Qafqaz üzrə idarəsinin dərc etdiyi “1870-ci il üçün Qafqaz təqvimi”ndə olan statistik məlumatlara əsasən, təkcə İrəvan quberniyasında vaxtilə 269 məscid fəaliyyət göstərib.
Bu siyahıya məscidlərlə yanaşı, İrəvandakı Xan sarayı, İrəvan qalasının divarları, habelə müasir Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamamlar, karvansaraylar, türbələr, qəbiristanlıqlar da daxildir.
“Ümid edirik ki, UNESCO-nun gələcək missiyası Ermənistan ərazisində Azərbaycan xalqının irsinin ətraflı öyrənilməsi, monitorinqi və sənədləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək”, - deyə Azərbaycanın Mədəniyyət Nazirliyinin bəyanatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xalça - Sputnik Azərbaycan, 1920, 03.02.2022
MƏDƏNİYYƏT
UNESCO Qarabağ xalçalarının oğurlanması ilə bağlı konkret addımlar atmır - Nazir
Xəbər lenti
0