https://sputnik.az/20220206/putin-erdogan-ve-xanimina-sefa-diledi-438887525.html
Putin Ərdoğan və xanımına şəfa dilədi
Putin Ərdoğan və xanımına şəfa dilədi
Sputnik Azərbaycan
Putin: "Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz virusun öhdəsindən ən qısa zamanda gəlməyə kömək edəcək" 06.02.2022, Sputnik Azərbaycan
2022-02-06T19:00+0400
2022-02-06T19:00+0400
2022-02-06T19:07+0400
rusiya
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
kreml
omikron
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/42334/10/423341069_0:0:1024:577_1920x0_80_0_0_ec6aad102264cb420590fa6e8654af7a.jpg
BAKI, 6 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşına koronavirusdan tez sağalmasını, eləcə də uzun illər sağlamlıq diləyib.Bu barədə Putinin Kremlin saytında yer alan teleqramında bildirilir.Kremlin saytının Putinin teleqramından gətirdiyi sitatda deyilir: "Hörmətli cənab Prezident, əziz dostum! Sizi və həyat yoldaşınızı ürəkdən dəstəkləmək istərdim. Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Sizə səmimi qəlbdən tam sağalma və uzun illər can sağlığı arzulayıram".Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı son durum açıqlanıb.O özü bu barədə “Twitter” hesabında paylaşım edib.Türkiyə Prezidenti qeyd edib ki, bugün səhər həkim tərəfindən müayinə olunub və səhhətində hər hansı bir mənfi hal aşkar olunmayıb. Ərdoğan həmçinin evdən işləməyə davam etdiyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ərdoğan Omikrona yoluxdu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42334/10/423341069_5:0:1024:764_1920x0_80_0_0_fbb5d36e5f8a68f4142611058a29c55a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, kreml, omikron, omikron ştammı, koronavirus
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, kreml, omikron, omikron ştammı, koronavirus
Putin Ərdoğan və xanımına şəfa dilədi
19:00 06.02.2022 (Yenilənib: 19:07 06.02.2022) Putin: "Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz virusun öhdəsindən ən qısa zamanda gəlməyə kömək edəcək"
BAKI, 6 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşına koronavirusdan tez sağalmasını, eləcə də uzun illər sağlamlıq diləyib.
Bu barədə Putinin Kremlin saytında yer alan teleqramında bildirilir.
Kremlin saytının Putinin teleqramından gətirdiyi sitatda deyilir:
"Hörmətli cənab Prezident, əziz dostum! Sizi və həyat yoldaşınızı ürəkdən dəstəkləmək istərdim. Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Sizə səmimi qəlbdən tam sağalma və uzun illər can sağlığı arzulayıram".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı son durum açıqlanıb.
O özü bu barədə “Twitter” hesabında paylaşım edib.
Türkiyə Prezidenti qeyd edib ki, bugün səhər həkim tərəfindən müayinə olunub və səhhətində hər hansı bir mənfi hal aşkar olunmayıb.
Ərdoğan həmçinin evdən işləməyə davam etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.