Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Universitet müəllimi koronavirusdan vəfat edib

© AP Photo / Alexander ZemlianichenkoМедики в отделении интенсивной терапии Московской городской клинической больницы в Москве, Россия
Медики в отделении интенсивной терапии Московской городской клинической больницы в Москве, Россия - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
C.Məmmədov bakalavr təhsilini Türkiyənin Uludağ Universitetinin xarici dil müəllimliyi (İngilis dili üzrə), magistr təhsilini isə İstanbul Universitetinin təhsilin təşkili və idarə olunması ixtisası üzrə alıb.
BAKI, 5 fevral — Sputnik. Azərbaycanda 40 yaşlı universitet müəllimi koronavirusdan vəfat edib. Sputnik Azərbaycan- xəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə öz Facebook hesabında məlumat paylaşıb. O, bildirib ki, Bakı Mühəndislik Universitetinin Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov dünyasını dəyişib.
C.Məmmədov bir neçə ay əvvəl COVID-19-a yoluxubmuş. Uzun müddət xəstəxanada müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, C.Məmmədov bakalavr təhsilini Türkiyənin Uludağ Universitetinin xarici dil müəllimliyi (İngilis dili üzrə), magistr təhsilini isə İstanbul Universitetinin təhsilin təşkili və idarə olunması ixtisası üzrə alıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Rəna Əhədova 52 yaşında koronavirusdan vəfat edib.Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Neft-qaz geologiyası kafedrasının dosenti Nəriman Nərimanov 82 yaşında koronavirusdan dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Müdafiə Nazirliyi: andiçmə mərasimlərinə getməyin!
Magistraturaya sənəd qəbulu davam edir
Xəbər lenti
0