https://sputnik.az/20220204/fhn-bakida-bezi-erazileri-sokur---sebeb-438835366.html
FHN Bakıda bəzi əraziləri sökür - SƏBƏB
FHN Bakıda bəzi əraziləri sökür - SƏBƏB
Sputnik Azərbaycan
FHN Nərimanov, Nizami və Xətai rayonu ərazisində söküntü aparır. 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T16:23+0400
2022-02-04T16:23+0400
2022-02-04T16:23+0400
fhn
paytaxt xəbərləri
bakı
söküntü
xüsusi təyinatlı
texnika
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427630839_0:690:1367:1458_1920x0_80_0_0_26ccb41e49b996ee106ffd9b22f8867c.jpg
BAKI, 4 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları binaların həyətlərində xüsusi təyinatlı texnikanın hərəkətini məhdudlaşdırmağa yol verməməyə çağırıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kapitan Nurlan Qədimov jurnalistlərə açıqlamasında məlumat verib.Onun sözlərinə görə, Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə Nərimanov, Nizami və Xətai rayonu ərazisində metal dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yol və keçidlərin hərəkət hissəsi, eləcə də yanğın su mənbələrinə gedən yolların daraldılması və bağlanması aşkar edilib: Qeyd edək ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427630839_0:562:1367:1587_1920x0_80_0_0_fdce65f09876f6dcefa6a45102f6092a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fhn xüsusi təyinatlı texnikaya görə plitə və dəmirləri sökür
fhn xüsusi təyinatlı texnikaya görə plitə və dəmirləri sökür
FHN Bakıda bəzi əraziləri sökür - SƏBƏB
FHN Nərimanov, Nizami və Xətai rayonu ərazisində söküntü aparır.
BAKI, 4 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları binaların həyətlərində xüsusi təyinatlı texnikanın hərəkətini məhdudlaşdırmağa yol verməməyə çağırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kapitan Nurlan Qədimov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə Nərimanov, Nizami və Xətai rayonu ərazisində metal dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yol və keçidlərin hərəkət hissəsi, eləcə də yanğın su mənbələrinə gedən yolların daraldılması və bağlanması aşkar edilib:
"Aparılmış qanunamüvafiq tədbirlər nəticəsində operativ nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran sözügedən maneələr aidiyyəti müəssisələr tərəfindən demontaj edilərək ləğv olunur. Belə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Bir daha sakinlərdən xahiş edirik ki, xüsusi təyinatlı texnikanın hərəkətinin məhdudlaşmasına yol verməsinlər".
Qeyd edək ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.