Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda neft mədənində oğurluğa cəhd olub

© Sputnik / © Sputnik / Elvin AhmadNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Ələ keçirilən materiallar "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinə, oğurluq edən şəxs isə polis əməkdaşlarına təhvil verilib.
BAKI, 1 fevral — Sputnik. Səbail rayonu, 20-ci sahə yaşayış massivində neft mədənində oğurluğa cəhd olub.
Sputnik Azərbaycan xəbər verir ki, Mehdiyev Mehdi Sabir oğlu "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) mədən sahəsində 15 ədəd ştanqa və 10 ədəd diametri 73 mm olan metal boruları oğurlayıb "VAZ-2107" markalı nəqliyyat vasitəsinə yükləyərkən neft mədəni ərazilərində təhlükəsizliyi təmin edən mühafizəçilər tərəfindən yaxalanıb.
Daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə saxlanılan şəxsin mədən ərazisindəki evinə baxış keçirilib və orada 41 ədəd "ştanqa", 1 ədəd quyu nasosu, 20 ədəd "ştanqa"nın doğranıb yığıldığı aşkar olunub.
Ələ keçirilən materiallar "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinə, oğurluq edən şəxs isə polis əməkdaşlarına təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0