Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda məscidin qəzalı minarəsi sökülüb

© Photo : Public Domen"Əbu-Bəkr" məscidi
Əbu-Bəkr məscidi - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
"Əbu Bəkr" məscidi 1997-ci ildə tikilib, Azərbaycanın ən böyük sünni məscididir.
BAKI, 1 fevral — Sputnik. Nərimanov rayonu, Ü.Bünyadzadə küç, 766-cı məhəllə ünvanında yerləşən "Əbu-Bəkr" məscidi kəskin qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən burada bərpa-gücləndirmə işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıq verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qeyd olunub ki, BŞİH-in qurumları tərəfindən burada təmir işlərinə başlanılıb. Ərazidə aparılan mühəndis-geoloji işlər və ilkin araşdırmalar zamanı müəyyən olunub ki, məscidin tikintisi zamanı ciddi konstruktiv səhvlərə yol verilib, burada tikinti normalarına riayət edilmədiyindən məscidin binası və minarələrinin biri kəskin qəzalı vəziyyətə düşüb. Bununla əlaqədar məsciddə bərpa-gücləndirmə işlərinə dair layihə-smeta sənədləri hazırlanıb, qəzalı minarə sökülüb və artıq yeni layihə əsasında işlər aparılır.
Qeyd edək ki, "Əbu Bəkr" məscidi 1997-ci ildə tikilib. Məscid Əbu Bəkr əs-Siddiqin adını daşıyır. O, Azərbaycanın xeyriyyə islam təşkilatları tərəfindən tikilib. Azərbaycanın ən böyük sünni məscididir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0