Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Britaniya nazirləri "Üçtərəfli bəyanat"ın icra vəziyyətini müzakirə ediblər

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçid Ceyhun Bayramov
 Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən Nazirlər, bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
BAKI, 1 fevral — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris ilə telefon danışığı baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
Regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər tərəflərin müzakirə mövzusunu təşkil edib.
Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən Nazirlər, bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tərəflər, həmçinin bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi və sədrlik prioritetlərinin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Xəbər lenti
0