Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ və NATO Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymur - Putin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Putinlə Kremldə görüşən Viktor Orban deyib ki, Qərblə Rusiya arasında münasibətlərdə gərginliyi azaltmaq üçün bütün diplomatik vasitələrdən istifadə etmək vacibdir.
BAKI, 1 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO-nu Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymamaqda ittiham edib.
Dövlət başçısı bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra danışıb.
"Yanvarın 26-da ABŞ və NATO-dan alınan yazılı cavabları diqqətlə təhlil edirik", - Rusiya Prezidenti deyib.
Putinin sözlərinə görə, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmadığı artıq aydındır.
Rusiya Prezidenti əlavə edib ki, Moskva onun üç əsas tələbinin adekvat nəzərə alındığını görmür. Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan, Rusiya yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməsindən imtinadan, həmçinin Şimali Atlantika Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasından gedir.
***
Avropa İttifaqında Rusiya ilə münaqişə yaratmaq istəyən siyasətçi yoxdur.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Moskva səfəri zamanı açıqlama verib.
“Qərblə Rusiya arasında münasibətlərdə gərginliyi azaltmaq üçün bütün diplomatik vasitələrdən istifadə etmək vacibdir” - deyə macarıstanlı nazir bildirib.
Macarıstanın baş naziri Viktor Orban Moskvaya səfərini sülhməramlı adlandırıb.
***
Moskvada Rusiya prezidenti Vladimir Putin Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
Kremldə keçirilən görüşdə ticarət-iqtisadi, enerji, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Avropa təhlükəsizliyinin təmin edilməsinin aktual problemləri ilə bağlı da fikir mübadiləsi aparıb.
Xəbər lenti
0