https://sputnik.az/20220131/susa-ve-agdama-seferle-bagli-hamini-narahat-eden-mehdudiyyet-aradan-qaldirildi-438684726.html
Şuşa və Ağdama səfərlə bağlı hamını narahat edən məhdudiyyət aradan qaldırıldı
Şuşa və Ağdama səfərlə bağlı hamını narahat edən məhdudiyyət aradan qaldırıldı
Sputnik Azərbaycan
Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək 31.01.2022, Sputnik Azərbaycan
2022-01-31T12:14+0400
2022-01-31T12:14+0400
2022-01-31T13:36+0400
şuşa
azərbaycan
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438452455_0:0:1920:1080_1920x0_80_0_0_84dbd914fdd2178a136d3e8109e52053.jpg
BAKI, 31 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğaldan azad edilən ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı-Şuşa-Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.Önəmli dəyişikliklərdən biri də odur ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438452455_240:0:1680:1080_1920x0_80_0_0_3f19932b416fd3a3cd42a351c3121f99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, azərbaycan
Şuşa və Ağdama səfərlə bağlı hamını narahat edən məhdudiyyət aradan qaldırıldı
12:14 31.01.2022 (Yenilənib: 13:36 31.01.2022) Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək
BAKI, 31 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğaldan azad edilən ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.
Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı-Şuşa-Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.
Önəmli dəyişikliklərdən biri də odur ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.
Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.