Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtdakı klinikada oğurluğun görüntüləri yayılıb - VİDEO

© pixabay / TheDigitalWayOğru
Oğru - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb
BAKI, 31 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakının Nərimanov rayonunda yerləşən özəl tibb müəssisələrindən birindən edilən oğurluq barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin klinikada çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əşyaları, bank kartları və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb.
O, ifadəsində etdiyi oğurluğu etiraf edib. Ətrafında aparılan araşdırmalar zamanı Kamran Quliyevin ötən ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı sübuta yetirilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Onun digər analoji cinayətlər törətməsi istisna edilmir. Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Dörd yaşlı qızın meyiti aşkarlanıb
Kəlbəcərdə itkin düşən zabitin nəşi tapılıb - MN
Xəbər lenti
0