Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sərnişinlərin nəzərinə: Bakı metropolitenində təmir gedir

© Photo : Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri
“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Yaxın günlərdə sərt beton özül tam dağıdılaraq, yeni yol infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətiriləcək.
BAKI, 28 yanvar — Sputnik. "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının əsaslı təmiri və yenidən qurulmasının növbəti mərhələsi başlayıb.
Sputnik Azərbaycan səhmdar cəmiyyətə istinadən xəbər verir ki, görüləcək işlər çərçivəsində stansiyanın birinci yolunun 155 metr hissəsində ağac şpallar sökülərək dəmir-beton bloklar üzərində yeni yol infrastrukturu qurulacaq.
Stansiya yolundan əvvəl metropolitenin tarixində istismar olunan tunel yolunda ilk dəfə dəmir-beton bloklar quraşdırılıb. Avqust ayında başlanmış yenidənqurma tədbirləri artıq yolun yeni üstquruluş elementlərinin quraşdırılması ilə davam edir.
Buna qədər "Xətai" stansiyası istiqamətində tunelin 481 m hissəsinin təmas relsi, yol relsi və ağac şpalları sökülərək beton özülü dağıdılmışdı. Yeni yol yatağı normativlərə uyğun betonlandıqdan sonra müvafiq konstruksiya qurulmaqla yola dəmir-beton bloklar düzülüb və betonlanıb.
Betonun texnoloji proseslərə uyğun quruyub möhkəmlənməsi gözlənilərək, yola düzülmüş relslər termik üsulu ilə qaynaq edilib. Qarşıdakı dövrdə burada yolun digər üstquruluş elementləri qurulacaq.
© Photo : Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri
“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri - Sputnik Azərbaycan, 1920, 28.01.2022
“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri
Yenidənqurma işlərinin stansiya yolu ilə davam etdirilməsinə gödək şpalların və relslərin sökülməsi ilə başlanılıb. İlkin hazırlıq tədbirləri yekunlaşdırıldıqdan sonra betondağıdan mexanizmlər təmir meydançasına gətirilib. Yaxın günlərdə sərt beton özül tam dağıdılaraq, yeni yol infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətiriləcək.
Buna qədər dəmir-beton konstruksiyalar "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının bir yolunda da dəyişdirilib. İlk dəfə isə "Nərimanov" elektrik deposunun qatarların sınaq yolunda tətbiq edilmiş dəmir-beton bloklar "Elmlər Akademiyası" stansiyasının hər iki yolunda da tətbiq edilib.
Ölkə xaricindən gətirilən ağac şpallardan fərqli olaraq, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində alman texnologiyaları əsasında qurulmuş sexdə hazırlanır. Bu isə əsaslı maliyyə qənaəti, iqtisadi və texnoloji səmərəyə şərait yaradır. Texniki qulluğa ehtiyacı yoxdur, uzunömürlülüyü 50 ildən az deyil, ekoloji cəhətdən daha təmizdir. Müqayisə üçün qeyd edək ki, ağac şpallar 15-20 il istismar olunursa, "Cəfər Cabbarlı-Xətai" mənzili kimi mürəkkəb hidrogeoloji şəraitdə onların ömrü iki dəfə azdır.
© Photo : Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri
“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri - Sputnik Azərbaycan, 1920, 28.01.2022
“Cəfər Cabbarlı” metrostansiyasında təmir işləri
Yeni yol infrastrukturu müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində qurulur. Yenidənqurma tədbirləri müasir üstquruluş elementlərinin, o cümlədən "Vossloh UTS-300" rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə davam etdiriləcək.
Yeni yol quruculuğunun 3 ay ərzində tamamlanması və platforma səviyyəsində mərhələli əsaslı təmir işləri ilə davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsi metropoliten üçün ən mühüm yeniliklərdən biridir. İlk növbədə, bu, yalnız ölkə xaricindən gətirilən ağac şpallara sərf olunan maliyyə vəsaitinə qənaət etməyə, onların nəql edilməsinin və gömrük xərclərinin qarşısını almağa kömək edir. İkincisi, dəmir-beton bloklar metropolitenin öz istehsalat sahəsində ən yüksək keyfiyyətlə hazırlanır. Bu məqsədlə Almaniyanın "Vollert" müəssisəsinin texnologiyalarından istifadə olunur.
Sırf yeni kadr potensialının, elmi-praktiki bazanın yaradılması ilə yanaşı, bu, həm də sırf Azərbaycan məhsulu olmaqla ölkə xaricindən asılılığı azaldır. Üçüncü vacib üstünlüyü dəmir-beton blokların ağac analoqlarından daha uzunömürlü və keyfiyyətli olmasıdır. Ağac şpalların ömrü ən yaxşı halda, 35-40 il, Bakı metrosunun geoloji şəraitində daha az olduğu halda, dəmir-beton bloklar 50-80 il istismar oluna bilir.
Dördüncü mühüm məsələ, yeni tipli yolun üstquruluş elementlərinə qulluğun, texnoloji proseslərin sadə və asan olmasıdır. Bu tipli yollar vibrasiyanı əsaslı şəkildə azaltmaqla, qatarların hərəkət rəvanlığını təmin edir. Bu qism digər texniki üstünlüklər kifayət qədər çox sadalana bilər.
Xəbər lenti
0