https://sputnik.az/20220126/andrey-stenin-2022-musabiqesinin-beynelxalq-munsifleri-elan-olunub-438512007.html
Andrey Stenin-2022 müsabiqəsinin beynəlxalq münsifləri elan olunub
Andrey Stenin-2022 müsabiqəsinin beynəlxalq münsifləri elan olunub
Sputnik Azərbaycan
2022-ci ildə müsabiqə ulduz hakim komanda formalaşması alqoritmini qoruyub saxlayıb. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T12:11+0400
2022-01-26T12:11+0400
2022-01-26T12:11+0400
fotoqraf
rusiya
müsabiqə
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426232686_0:0:3071:1728_1920x0_80_0_0_96005ecdc544bdd7e7616d92b8ad1736.jpg
BAKI, 26 yanvar — Sputnik. Andrey Steninin xatirəsinə həsr olunmuş gənc fotoreportyorlar üçün səkkizinci beynəlxalq müsabiqə öz münsiflər heyətini elan edib. Dalbadal ikinci ildir ki, onun heyətinə müxtəlif illərdə müsabiqə iştirakçılarının işlərini qiymətləndirmiş şəxslər, dünyanın nəhəng KİV-nin nümayəndələri, adlı-sanlı fotoqraflar daxil olurlar.Onların arasına Associated Press (ABŞ) agentliyinin fotoxidmət direktorunun müavini Denis Pakin, "France Presse" agentliyinin (AFP) Asiya-Sakit okean bölgəsi üzrə (Honkonq) fotodirektoru Mladen Antonov, Almaniyanın Fotoqrafiya cəmiyyətinin genişləndirilmiş şurasının üzvü Peter Bitser, TASS agentliyinin fotoinformasiya redaksiyanının rəhbəri Qriqori Dukor (Rusiya), rusiyalı-isveçli fotoqraf, Qahirədəki Alman Universitetinin fotoqrafiya professoru Kseniya Nikolskaya, Rusiyanın müstəqil SALT IMAGES fotoagentliyinin qurucusu və direktoru Anna Zekriya daxildirlər. "France Presse" agentliyinin (AFP) Asiya-Sakit okean bölgəsi üzrə (Honkonq) fotodirektoru Mladen Antonov: "Mənim Andrey Stenin müsabiqəsinin münsiflər heyətində ilk dəfə peyda olmağım tamamilə digər dövrə düşüb. Onda biz maneəsiz bütün dünya üzrə səyahət edə, bir-birimizlə görüşə bilərdik. İndi isə bütün COVID məhdudiyyətlərini nəzərə alaraq, bu proses tamamilə fərqli şəkildə olacaq. Lakin bir şeyə əminəm: əvvəllər olduğu kimi yenə də çoxlu möhtəşəm fotolar görə biləcəyəm.Müsabiqənin müxtəlif nominasiyalarında qalib gələrək gənc fotojurnalistlər ilk uğurlarını qazanırlar. Bu, sevindirməyə bilməz. Andrey Stenin müsabiqəsi istənilən fotoqrafın karyerasında çox vacib mərhələdir. Bu müsabiqədə qalib gəlmək üçün fotoqrafa gərək olan keyfiyyətlər dünyanın istənilən fotoredaksiyasına məlumdur. Qaliblərin işləri bütün dünyanı dolaşaraq onların müəllifləri üçün gözlənilmz imkanlar açır. Bütün bunlar mənim üçün ilham mənbəyidir – ən layiqli işləri seçəndə biləcəyəm ki, yeni fotojurnalist nəslinin sənətə yolunu açıram". Almaniyanın Fotoqrafiya Cəmiyyətinin genişləndirilmiş şurasının üzvü, laif fotoagentliyinin rəhbəri Peter Bitser: "Birinci dəfə Andrey Stenin müsabiqəsinin münsiflər heyətinin üzvü olanda məni işin peşəkar təşkil olması, təşkilatçıların fədakarlığı, səmimi qəbul heyran etdi. Mən gözəl həmkarlarımın əhatəsinə düşdüm, bizim diqqətimizə təqdim olunmuş bütün dünyadan olan gənc fotoqrafların möhtəşəm işləri məni heyran etdi və marağıma səbəb oldu. Andrey Stenin müsabiqəsinin münsifləri heyətindəki iş mənim üçün çox şey deməkdir. Mənim əlimə göndərilmiş işlər vasitəsilə fotoqrafların yeni nəslinin "humanizm" anlayışını necə izah etdiyini anlamaq, çoxlu sayda ölkə və mədəniyyətləri təmsil edən gənc fotojurnalistlərin müasir fotoqrafiyada yeni istiqamətlərini görmək kimi unikal şans düşür".2022-ci ildə iştirakçılar dörd - "Əsas xəbərlər", "İdman", "Mənim planetim", "Portret. Zəmanəmizin qəhrəmanı" nominasiyalarında mükafat yerləri uğrunda mübarizə aparacaqlar. Bütün nominasiyalarda iştirakçılar iki - "Tək foto" və "Seriya" kateqoriyalarının hər biri üzrə 1 iş verə biləcəklər.2022-ci ildə müsabiqənin mükafat fondu hər nominasiya üzrə 1-ci, 2-ci, 3-cü yerə müvafiq olaraq 125, 100 və 75 min rubl təşkil edir. Stenin adına müsabiqənin ən yüksək mükafatı olan Qran-Prinin sahibi isə 700 min rubl məbləğində pul mükafatı alacaq.Fotoların qəbulu fevralın 28-nə (Moskva vaxtı ilə 23.59-dək) kimi davam edir. Arzu edənlər öz işlərini aşağıdakı saytlar vasitəsilə göndərə bilərlər:rus dilində – http://stenincontest.ru saytınaingilis dilində – https://stenincontest.comÇin dilində – https://cn.stenincontest.comBeynəlxalq münsiflər heyəti işinə apreldə başlayacaq, müsabiqənin şort-listi stenincontest.ru saytında iyunun ortalarında açıqlanacaq.Gənc fotoreportyorların işlərinin Rusiya və beynəlxalq platformada nümayişi də az əhəmiyyət kəsb etmir. COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, Andrey Stenin adına müsabiqə özünün ən mühüm və sevilən ənənələrindən birini qoruyub saxlayıb – laureatların işlərinin ayrı-ayrı ölkələrin sərgi salonlarında nümayişini nəzərdə tutan turlar. Gənc fotoreportyorlar belə roud-şoular vasitəsilə öz işlərini Rusiya və beynəlxalq auditoriyada nümayiş etdirməklə diqqəti ölkələrindəki aktual problemlərə, müasir dövrün təhlükələrinə cəlb edə bilərlər.Müsabiqənin coğrafiyası ona 2014-cü ildə start verilən vaxtdan Avropa, Asiya, Latın Amerikası, Afrika, Yaxın Şərqin onlarla ölkəsini əhatə edir. 2018-ci ildə müsabiqənin ekspozisiya sahəsinə bütün ölkələrin sülh və təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əsas beynəlxalq təşkilatın BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı da daxildir. 2019-cu ildən müsabiqənin sərgiləri həmçinin Strasburqda, Avropa Şurasında da keçirilir.Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi 2021-ci ildə Rusiyanın və dünyanın aparıcı KİV-lərinin, informasiya agentliklərinin, foto cəmiyyətinin dəstəyi ilə baş tutdu. Bəzi nominasiyalar üzrə tərəfdaşların sırasında Birləşmiş Şanxay Media Qrupu, Əl-Məyadin TV ümum-ərəb informasiya holdinqi, eləcə də dünyanın ən nəhəng humanitar təşkilatlarından biri olan Qırmızı Xaç Komitəsi də var idi.Müsabiqə haqqında“Rossiya seqodnya” BİA tərəfindən Rusiya Federasiyasının YUNESKO işləri üzrə komissiyasının egidası altında təşkil olunmuş Andrey Stenin adına Beynəlxalq fotojurnalistika müsabiqəsi qarşısına gənc fotoqrafları dəstəkləməyi, ictimaiyyətin diqqətini müasir fotojurnalistikanın vəzifələrinə cəlb etmək məqsədini qoyur. Bura istedadlı, həssas, hər cür yeniliyə açıq, yanımızdakı insanlara, hadisələrə diqqət yetirən gənc fotoqraflar üçün meydançadır.Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları bunlardır: Sputnik informasiya agentliyi və radiosu, RT telekanalı və portalı, Askanews informasiya agentliyi, Independent Media mediaholdinqi, Telam informasiya agentliyi, ANA xəbər agentliyi, Shanghai United Media Group (SUMG), China Daily qəzetinin internet portalı, The Paper internet portalı, Al Mayadeen mediaşəbəkəsi, Prensa Latina informasiya agentliyi, DBW internet portalı.Sahəvi tərəfdaşlar statusunda müsabiqəni dəstəkləyirlər: Rusiya Jurnalistlər İttifaqı, YOung JOurnalists informasiya portalı, Russian Photo portalı, Photo-study.ru portalı, "Fotoqrafiya akademiyası" fotoməktəbi, Fotoargenta jurnalı, Dehli fotojurnalistika klubu, LF Magazine jurnalı, All About Photo internet portalı, EYE fotoqrafiya jurnalı, Artdoc jurnalı, IPhoto Channel internet portalı,beynəlxalq meydança-tərəfdaş - festival PhotON.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426232686_0:0:2729:2047_1920x0_80_0_0_113624ee9096f1ae851b3567f83ff149.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
andrey stenin-2022 müsabiqəsinin beynəlxalq münsifləri elan olunub
andrey stenin-2022 müsabiqəsinin beynəlxalq münsifləri elan olunub
Andrey Stenin-2022 müsabiqəsinin beynəlxalq münsifləri elan olunub
2022-ci ildə müsabiqə ulduz hakim komanda formalaşması alqoritmini qoruyub saxlayıb.
BAKI, 26 yanvar — Sputnik. Andrey Steninin xatirəsinə həsr olunmuş gənc fotoreportyorlar üçün səkkizinci beynəlxalq müsabiqə öz münsiflər heyətini elan edib. Dalbadal ikinci ildir ki, onun heyətinə müxtəlif illərdə müsabiqə iştirakçılarının işlərini qiymətləndirmiş şəxslər, dünyanın nəhəng KİV-nin nümayəndələri, adlı-sanlı fotoqraflar daxil olurlar.
Onların arasına Associated Press (ABŞ) agentliyinin fotoxidmət direktorunun müavini Denis Pakin, "France Presse" agentliyinin (AFP) Asiya-Sakit okean bölgəsi üzrə (Honkonq) fotodirektoru Mladen Antonov, Almaniyanın Fotoqrafiya cəmiyyətinin genişləndirilmiş şurasının üzvü Peter Bitser, TASS agentliyinin fotoinformasiya redaksiyanının rəhbəri Qriqori Dukor (Rusiya), rusiyalı-isveçli fotoqraf, Qahirədəki Alman Universitetinin fotoqrafiya professoru Kseniya Nikolskaya, Rusiyanın müstəqil SALT IMAGES fotoagentliyinin qurucusu və direktoru Anna Zekriya daxildirlər.
"France Presse" agentliyinin (AFP) Asiya-Sakit okean bölgəsi üzrə (Honkonq) fotodirektoru Mladen Antonov: "Mənim Andrey Stenin müsabiqəsinin münsiflər heyətində ilk dəfə peyda olmağım tamamilə digər dövrə düşüb. Onda biz maneəsiz bütün dünya üzrə səyahət edə, bir-birimizlə görüşə bilərdik. İndi isə bütün COVID məhdudiyyətlərini nəzərə alaraq, bu proses tamamilə fərqli şəkildə olacaq. Lakin bir şeyə əminəm: əvvəllər olduğu kimi yenə də çoxlu möhtəşəm fotolar görə biləcəyəm.
Müsabiqənin müxtəlif nominasiyalarında qalib gələrək gənc fotojurnalistlər ilk uğurlarını qazanırlar. Bu, sevindirməyə bilməz. Andrey Stenin müsabiqəsi istənilən fotoqrafın karyerasında çox vacib mərhələdir. Bu müsabiqədə qalib gəlmək üçün fotoqrafa gərək olan keyfiyyətlər dünyanın istənilən fotoredaksiyasına məlumdur. Qaliblərin işləri bütün dünyanı dolaşaraq onların müəllifləri üçün gözlənilmz imkanlar açır. Bütün bunlar mənim üçün ilham mənbəyidir – ən layiqli işləri seçəndə biləcəyəm ki, yeni fotojurnalist nəslinin sənətə yolunu açıram".
Almaniyanın Fotoqrafiya Cəmiyyətinin genişləndirilmiş şurasının üzvü, laif fotoagentliyinin rəhbəri Peter Bitser: "Birinci dəfə Andrey Stenin müsabiqəsinin münsiflər heyətinin üzvü olanda məni işin peşəkar təşkil olması, təşkilatçıların fədakarlığı, səmimi qəbul heyran etdi. Mən gözəl həmkarlarımın əhatəsinə düşdüm, bizim diqqətimizə təqdim olunmuş bütün dünyadan olan gənc fotoqrafların möhtəşəm işləri məni heyran etdi və marağıma səbəb oldu. Andrey Stenin müsabiqəsinin münsifləri heyətindəki iş mənim üçün çox şey deməkdir. Mənim əlimə göndərilmiş işlər vasitəsilə fotoqrafların yeni nəslinin "humanizm" anlayışını necə izah etdiyini anlamaq, çoxlu sayda ölkə və mədəniyyətləri təmsil edən gənc fotojurnalistlərin müasir fotoqrafiyada yeni istiqamətlərini görmək kimi unikal şans düşür".
2022-ci ildə iştirakçılar dörd - "Əsas xəbərlər", "İdman", "Mənim planetim", "Portret. Zəmanəmizin qəhrəmanı" nominasiyalarında mükafat yerləri uğrunda mübarizə aparacaqlar. Bütün nominasiyalarda iştirakçılar iki - "Tək foto" və "Seriya" kateqoriyalarının hər biri üzrə 1 iş verə biləcəklər.
2022-ci ildə müsabiqənin mükafat fondu hər nominasiya üzrə 1-ci, 2-ci, 3-cü yerə müvafiq olaraq 125, 100 və 75 min rubl təşkil edir. Stenin adına müsabiqənin ən yüksək mükafatı olan Qran-Prinin sahibi isə 700 min rubl məbləğində pul mükafatı alacaq.
Fotoların qəbulu fevralın 28-nə (Moskva vaxtı ilə 23.59-dək) kimi davam edir. Arzu edənlər öz işlərini aşağıdakı saytlar vasitəsilə göndərə bilərlər:
rus dilində – http://stenincontest.ru saytına
ingilis dilində – https://stenincontest.com
Çin dilində – https://cn.stenincontest.com
Beynəlxalq münsiflər heyəti işinə apreldə başlayacaq, müsabiqənin şort-listi stenincontest.ru saytında iyunun ortalarında açıqlanacaq.
Gənc fotoreportyorların işlərinin Rusiya və beynəlxalq platformada nümayişi də az əhəmiyyət kəsb etmir. COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, Andrey Stenin adına müsabiqə özünün ən mühüm və sevilən ənənələrindən birini qoruyub saxlayıb – laureatların işlərinin ayrı-ayrı ölkələrin sərgi salonlarında nümayişini nəzərdə tutan turlar. Gənc fotoreportyorlar belə roud-şoular vasitəsilə öz işlərini Rusiya və beynəlxalq auditoriyada nümayiş etdirməklə diqqəti ölkələrindəki aktual problemlərə, müasir dövrün təhlükələrinə cəlb edə bilərlər.
Müsabiqənin coğrafiyası ona 2014-cü ildə start verilən vaxtdan Avropa, Asiya, Latın Amerikası, Afrika, Yaxın Şərqin onlarla ölkəsini əhatə edir. 2018-ci ildə müsabiqənin ekspozisiya sahəsinə bütün ölkələrin sülh və təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əsas beynəlxalq təşkilatın BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı da daxildir. 2019-cu ildən müsabiqənin sərgiləri həmçinin Strasburqda, Avropa Şurasında da keçirilir.
Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi 2021-ci ildə Rusiyanın və dünyanın aparıcı KİV-lərinin, informasiya agentliklərinin, foto cəmiyyətinin dəstəyi ilə baş tutdu. Bəzi nominasiyalar üzrə tərəfdaşların sırasında Birləşmiş Şanxay Media Qrupu, Əl-Məyadin TV ümum-ərəb informasiya holdinqi, eləcə də dünyanın ən nəhəng humanitar təşkilatlarından biri olan Qırmızı Xaç Komitəsi də var idi.
“Rossiya seqodnya” BİA tərəfindən Rusiya Federasiyasının YUNESKO işləri üzrə komissiyasının egidası altında təşkil olunmuş Andrey Stenin adına Beynəlxalq fotojurnalistika müsabiqəsi qarşısına gənc fotoqrafları dəstəkləməyi, ictimaiyyətin diqqətini müasir fotojurnalistikanın vəzifələrinə cəlb etmək məqsədini qoyur. Bura istedadlı, həssas, hər cür yeniliyə açıq, yanımızdakı insanlara, hadisələrə diqqət yetirən gənc fotoqraflar üçün meydançadır.
Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları bunlardır: Sputnik informasiya agentliyi və radiosu,
RT telekanalı və portalı,
Askanews informasiya agentliyi,
Independent Media mediaholdinqi,
Telam informasiya agentliyi,
ANA xəbər agentliyi, Shanghai United Media Group (
SUMG),
China Daily qəzetinin internet portalı,
The Paper internet portalı,
Al Mayadeen mediaşəbəkəsi,
Prensa Latina informasiya agentliyi,
DBW internet portalı.
Sahəvi tərəfdaşlar statusunda müsabiqəni dəstəkləyirlər:
Rusiya Jurnalistlər İttifaqı,
YOung JOurnalists informasiya portalı,
Russian Photo portalı,
Photo-study.ru portalı, "
Fotoqrafiya akademiyası" fotoməktəbi,
Fotoargenta jurnalı,
Dehli fotojurnalistika klubu,
LF Magazine jurnalı,
All About Photo internet portalı,
EYE fotoqrafiya jurnalı,
Artdoc jurnalı,
IPhoto Channel internet portalı,
beynəlxalq meydança-tərəfdaş - festival
PhotON.