https://sputnik.az/20220125/turkiyede-yagan-qarin-azerbaycana-tesiri-olacaq-438477842.html
Türkiyədə yağan qarın Azərbaycana təsiri olacaq?
Türkiyədə yağan qarın Azərbaycana təsiri olacaq?
Sputnik Azərbaycan
Yanvarın 28-də isə gündüz saatlarında külək mülayimləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Digər iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən... 25.01.2022, Sputnik Azərbaycan
2022-01-25T13:59+0400
2022-01-25T13:59+0400
2022-01-25T13:59+0400
qar
paytaxt xəbərləri
milli hidrometeorologiya xidməti
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
umayra tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438468543_0:0:3073:1728_1920x0_80_0_0_db60d376d40f90b3eadd9c28e986e231.jpg
BAKI, 25 yanvar — Sputnik. Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi. Sputnik Azərbaycan xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.Onun sözlərinə görə, hazırda Türkiyədə, Rusiyada intensiv qar yağması müşahidə olunur:"Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olub. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir. Əksər rayonlarda axşama kimi əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq".O, Türkiyədə yağan intensiv qarın Azərbaycanda gözlənilməsindən də danışıb:U.Tağıyeva əlavə edib ki, yanvarın 27-də axşama doğru paytaxt və respublika ərazisində şimal-qərb küləyin güclənməsi gözlənilir: "Yanvarın 28-də isə gündüz saatlarında külək mülayimləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Digər iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək".Həmçinin oxuyun:İstanbul hava limanı qapadıldı, Yunanıstan qeyri-iş günü elan etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438468543_0:0:2731:2048_1920x0_80_0_0_146a65af7cffe8d8df34596a882cd46d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qar, milli hidrometeorologiya xidməti, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, umayra tağıyeva
qar, milli hidrometeorologiya xidməti, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, umayra tağıyeva
Türkiyədə yağan qarın Azərbaycana təsiri olacaq?
Yanvarın 28-də isə gündüz saatlarında külək mülayimləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Digər iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək
BAKI, 25 yanvar — Sputnik. Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi. Sputnik Azərbaycan xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyədə, Rusiyada intensiv qar yağması müşahidə olunur:
"Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olub. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir. Əksər rayonlarda axşama kimi əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq".
O, Türkiyədə yağan intensiv qarın Azərbaycanda gözlənilməsindən də danışıb:
"Artıq yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq Naxçıvan Muxtar Respublikasından başlayaraq hava şəraiti yağıntılı olacaq, qar yağacaq. Ayın 27-si gün ərzində və ayın 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında sulu qar, dağətəyi rayonlarda qarın yağması və intensiv olması proqnozlaşdırılır. Türkiyədə yağan intensiv qar daha zəif formada ölkəmizdə özünü göstərəcək".
U.Tağıyeva əlavə edib ki, yanvarın 27-də axşama doğru paytaxt və respublika ərazisində şimal-qərb küləyin güclənməsi gözlənilir: "Yanvarın 28-də isə gündüz saatlarında külək mülayimləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Digər iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək".