Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Paytaxtın mərkəzində yeni park kompleksi: şəhər mühitinin yeni konsepsiyası

Bakıda Nizami Gəncəvi parkı - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Son zamanlar Bakıda bir neçə park kompleksləri açılıb ki, bu da parkların və istirahət zonalarının əsas yer tutduğu şəhər mühitinin yeni konsepsiyasının həyata keçirilməsindən xəbər verir.
BAKI, 25 yanvar — Sputnik. Bakının Səbail rayonu, Mehdi Hüseyn küçəsində, "Teleteatr"la üzbəüz yeni park salınır. Park mövcud ağaclardan və ərazinin əlverişli relyefindən maksimum istifadə etməklə yaradılacaq. Bu ərazi sürüşmə zonasına daxil olduğundan torpağın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bütün işlər başa çatdıqdan sonra Bakı sakinləri yeni, gözəl və yaşıllıqla əhatə olunmuş xoş istirahət məkanına sahib olacaqlar.
Son zamanlar Azərbaycan Prezidentinin və vitse-prezidentinin iştirakı ilə Bakıda bir neçə park kompleksləri açılıb ki, bu da parkların və istirahət zonalarının əsas yer tutduğu şəhər mühitinin yeni konsepsiyasının həyata keçirilməsindən xəbər verir.
Yeni şəhər parkının necə olacağını və gələcəkdə şəhərsalma təcrübəsində parkların hansı yeri tutacağını yanvarın 27-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında tanınmış azərbaycanlı memar, layihənin müəllifi Cahid Həsənov açıqlayacaq.
Tədbir iştirakçısına suallarınızı əvvəlcədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0