Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda Hindistanın Milli Turizm Günü qeyd olunub

© Sputnik / Murad OrujovBakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir
Bakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
BAKI, 25 yanvar — Sputnik. Bakıda Hindistanın Milli Turizm Günü qeyd olunub. Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Hindistanın 73-cü Respublika Günü və Hindistanın Müstəqilliyinin 75 illiyi çərçivəsində Milli Turizm Gününü qeyd edib.
Tədbir hibrid rejimdə turizm və qonaqpərvərlik sahəsinin 60-dan çox görkəmli nümayəndəsi, tibb işçiləri və media nümayəndələrinin iştirakı ilə keçirilib.
Hindistanın səfiri cənab Bavitlunq Vanlalvavna açılış nitqində Milli Turizm Gününün əhəmiyyətindən danışıb və turizm sektorunun Hindistanın iqtisadi inkişafında mühüm rol oynadığını bildirib.
O qeyd edib ki, quru əraziləri və su hövzələrini əhatə edən turizm məkanlarının geniş müxtəlifliyi, zəngin milli irsi və tarixi, coğrafi və mədəni müxtəlifliyi Hindistanı dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirir və bu atributlar dünyanın hər yerindən turistləri ölkəyə cəlb edib, eləcə də onlara yaddaqalan hislər yaşadıb.
© Sputnik / Murad OrujovBakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir
Мероприятие, посвященное годовщине Дня Республики Индии - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Bakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir
Səfir qeyd edib ki, Milli Turizm Günün qeyd olunmasında əsas məqsəd bu ölkənin turizm sektorunu təşviq etməkdir: "Hindistan tarixi, coğrafi və mədəni müxtəliflik baxımından olduqca maraqlı bir turizm məntəqəsidir. Turizm sektoru Hindistan iqtisadiyyatının ÜDM 7%-ni təşkil edir".
Bavitlunq Vanlalvavna vurğulayıb ki, pandemiyadan əvvəl 2019-cu ildə Hindistandan Azərbaycana 70 minə qədər turist səfər etmişdi: "Lakin Azərbaycandan Hindistana gedən turistlərin sayı isə olduqca azdır. Bu da daha çox Azərbaycanda Hindistanın turizm potensialı barədə məlumat çatışmazlığı ilə bağlıdır. Bu cür tədbirlərlə biz Azərbaycanda məlumatlılığı artırmaq niyyətindəyik".
© Sputnik / Murad OrujovBakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir
Мероприятие, посвященное годовщине Дня Республики Индии - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Bakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir
Tədbirdə, həmçinin Hindistan Tur Operatorları Assosiasiyasının prezidenti cənab Raciv Mehra çıxış edib. O, Hindistanın turizm sənayesinin gücü, eləcə də ölkənin mədəniyyəti, irsi və turizm sektoru haqqında danışıb.
Kerala ştatında yerləşən "Sitaram Ayurveda" Mərkəzindən Dr Viqneş Devrac Hindistanda səhiyyə turizmi haqqında danışıb və Ayurvedanın əsaslı müalicənin aparılmasında əhəmiyyətli rol oynadığını bildirib.
Çennai şəhərində yerləşən "Apollo Hospitals"ın xarici pasiyentlərə xidmət bölməsinin vitse-prezidenti cənab Cithu Cose tibbi turizm haqqında təqdimatla çıxış edib və Hindistanın səhiyyə sektorunun güclü tərəflərini və ölkənin tibbi turizm məkanı kimi üstünlüklərini vurğulayıb.
© Sputnik / Murad OrujovBakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir
Мероприятие, посвященное годовщине Дня Республики Индии - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Bakıda Hindistanın Milli Turizm Gününə həsr olunmuş tədbir
Hindistan hər il yanvarın 25-də Milli Turizm Gününü qeyd edir. Bu bayram Hindistan hökuməti və xalqı tərəfindən turizmi təşviq etmək və ölkənin böyüməsində turizmin vacib rolunu izah etmək məqsədilə qeyd olunur. Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, Hindistan 2019-cu ildə səyahət və turizmin ÜDM-ə ümumi töhfəsinə görə 185 ölkə arasında 10-cu yerdə qərarlaşıb. 2019-cu ildə səyahət və turizmin ÜDM-ə töhfəsi ümumi iqtisadiyyatın 6,8%-ni təşkil edərək 194,30 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb.
Xəbər lenti
0