Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentləri istisna edə bilər

© AP Photo / Alex BrandonDövlət sərhədi, arxiv şəkli
Dövlət sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
KTMT-nın sabiq sədri deyib ki, Ermənistan və Azərbaycana tanınmış sərhədlərin bərpa olunmasında köməklik göstərmək zəruridir.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası hərbi münaqişə, eləcə də atışmalarla bağlı problemi dərhal istisna edə bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyuja bildirib.
KTMT-nin sabiq baş katibi Nikolay Bordyuja qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası müxtəlif insidentləri istisna edə bilər.

"Mən Ermənistan və Azərbaycana tanınmış sərhədlərin bərpa olunmasında köməklik göstərməyin zəruriliyini qeyd etmək istərdim. Bu isə birgə qrupların yaradılması, müxtəlif illərin xəritələrinin, arxiv materiallarının, o cümlədən, Rusiyadan da, əldə edilməsi deməkdir. Sərhədlərlə bağlı qarşılıqlı məqbul qərara gəlməliyik", - ekspert belə hesab edir.

Bordyujanın sözlərinə görə, sərhədlərin delimitasiyası hərbi münaqişə, eləcə də atışmalarla bağlı problemi dərhal istisna edə bilər.
"Düşünmürəm ki, bu mərhələdə KTMT qoşunlarının yeridilməsi ilə bağlı məsələlər barədə danışmaq, bu məsələyə yenidən qayıtmaq mümkün olsun", – deyə o vurğulayıb.
Sabiq baş katib həmçinin, ilin əvvəlində Qazaxıstanda yaranmış vəziyyətlə Azərbaycan-Ermənistan sərhədində baş verənləri müqayisə etməyi lazım bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0