https://sputnik.az/20220124/qeyri-qanuni-parklanma-ile-mubarize-baslayib---vdeo-438462110.html
Qeyri-qanuni parklanma ilə mübarizə başlayıb - VİDEO
Qeyri-qanuni parklanma ilə mübarizə başlayıb - VİDEO
Sputnik Azərbaycan
Sputnik Azərbaycan polislərlə birlikdə pulsuz, icazə verilən yerlərdə maşınını saxlayıb gedən sürücülərdən pul alanları axtarıb.
2022-01-24T21:35+0400
2022-01-24T21:35+0400
2022-01-24T21:35+0400
parklanma
paytaxt xəbərləri
polis
reyd
video-çarx
https://cdnn1.img.sputnik.az/img/40473/41/404734162_0:187:1800:1200_1920x0_80_0_0_e3fee3b9e17baa81e487c938e8109f66.jpg
BAKI, 24 yanvar — Sputnik. Yol polisi kölgə biznesinə əncam çəkmək üçün fəaliyyətə keçib. Söhbət qanuni və qanunsuz parklanma yerləri ilə bağlı yoxlamalardan gedir. Sputnik Azərbaycan-ın çəkiliş qrupu da Bakı Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə reydə çıxıb. Pulsuz, icazə verilən yerlərdə maşınını saxlayıb gedən sürücülərdən pul alanları axtarıb. Hələ bir neçə gün əvvəldən hüquq-mühafizə orqanlarının əməkdaşları bu işlə məşğul olanları polis idarələrinə dəvət edərək qeyri-qanuni fəaliyyətlərinin nə ilə nəticələnə biləcəyi barədə onları xəbərdar ediblər. Lakin bu xəbərdarlığı qulaqardına vuran parklayıcılar yenidən öz işlərinə qayıdıblar.Birinci xəbərdarlıqdan sonra polis orqanları daha sərt metodlara keçərək yoxlamalara başlayıblar. İlk yoxlama ən problemli yerlərdən sayılan Yasamalda, Milli Onkologiya Mərkəzinin qarşısında həyata keçirilib.Yol polislərini görən parklayıcılar sarı jiletlərini çıxarmağa başlayıblar. Onlar digər vətəndaşlardan elə bu jiletləri ilə fərqlənirlər.Amma bu onlara kömək etməyib. Polislər onları üzdən tanıdıqlarından çağıraraq yoxlamanın mahiyyətini izah ediblər. Onlarla aparılan söhbət zamanı isə digər parklayıcılar aradan çıxa biliblər.Bütün məsələ jiletdədirReyddən xəbər tutan parklayıcılar hansısa yolla digər həmkarlarına xəbər ötürə biliblər. Polislər Nəsimi rayonundakı Göy məscidə yaxınlaşarkən onun qarşısındakı parklanma yerində parklayıcını xatırladan kimsə yox idi. Şəhərin bir çox yerlərinə eyni vəziyyət oldu.Xətai rayonundakı parklayıcılar daha cəsarətli çıxdılar. Polis şöbəsinə səfərdən sonra onlar öz “iş” yerlərinə, lakin artıq jiletsiz qayıdıblar. Onlardan ikisi reyd zamanı yenidən ələ keçib.Onlardan biri, 70-75 yaşlarındakı kişi əvvəlcə evə getmək üçün maşın gözlədiyini iddia etsə də, sonradan etiraf edərək bir daha bu işlə məşğul olmayacağına söz verib.Özünü Anar Rasimov adlandıran ikinci şəxs isə özü polislərə yaxınlaşaraq vəziyyəti izah edib. Onun sözlərinə görə, hər gün bu ərazidən 30 manat toplayır və onun 15 manatını əlillər cəmiyyətinə verir. O, qeyri-qanuni nəsə etdiyini düşünmədiyini deyib.Bakıda parklanma sahəsində xaosQeyd edək ki, hazırda paytaxtda parklanma ilə bağlı ciddi problemlər mövcuddur. Parklanma ilə bağlı tariflər müəyyən edilməsə də, pulsuz parklanma yerlərində müxtəlif şəxslər tərəfindən sürücülərdən pul yığılır.Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, qanunsuz parklanma yerlərinin quruma aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib.Gün ərzində "parkovşiklər"ə nə qədər pul verirsiniz?Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* İndi məndən pul al görüm: Bakıda polis reydlərə başlayır* Bakıda parklanma yerləri necə təşkil ediləcək - video
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40473/41/404734162_0:0:1600:1200_1920x0_80_0_0_b7594ff52995a3c8405602a370bdab1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bu hələ nədir ki: qeyri-qanuni parklanma ilə mübarizə başlayıb video
bu hələ nədir ki: qeyri-qanuni parklanma ilə mübarizə başlayıb video
Qeyri-qanuni parklanma ilə mübarizə başlayıb - VİDEO
Sputnik Azərbaycan BDYPİ əməkdaşları ilə birlikdə pulsuz, icazə verilən yerlərdə maşınını saxlayıb gedən sürücülərdən pul alanları axtarıb.
BAKI, 24 yanvar — Sputnik. Yol polisi kölgə biznesinə əncam çəkmək üçün fəaliyyətə keçib. Söhbət qanuni və qanunsuz parklanma yerləri ilə bağlı yoxlamalardan gedir.
Sputnik Azərbaycan-ın çəkiliş qrupu da Bakı Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə reydə çıxıb. Pulsuz, icazə verilən yerlərdə maşınını saxlayıb gedən sürücülərdən pul alanları axtarıb.
Hələ bir neçə gün əvvəldən hüquq-mühafizə orqanlarının əməkdaşları bu işlə məşğul olanları polis idarələrinə dəvət edərək qeyri-qanuni fəaliyyətlərinin nə ilə nəticələnə biləcəyi barədə onları xəbərdar ediblər. Lakin bu xəbərdarlığı qulaqardına vuran parklayıcılar yenidən öz işlərinə qayıdıblar.
Birinci xəbərdarlıqdan sonra polis orqanları daha sərt metodlara keçərək yoxlamalara başlayıblar. İlk yoxlama ən problemli yerlərdən sayılan Yasamalda, Milli Onkologiya Mərkəzinin qarşısında həyata keçirilib.
Yol polislərini görən parklayıcılar sarı jiletlərini çıxarmağa başlayıblar. Onlar digər vətəndaşlardan elə bu jiletləri ilə fərqlənirlər.
Amma bu onlara kömək etməyib. Polislər onları üzdən tanıdıqlarından çağıraraq yoxlamanın mahiyyətini izah ediblər. Onlarla aparılan söhbət zamanı isə digər parklayıcılar aradan çıxa biliblər.
Reyddən xəbər tutan parklayıcılar hansısa yolla digər həmkarlarına xəbər ötürə biliblər. Polislər Nəsimi rayonundakı Göy məscidə yaxınlaşarkən onun qarşısındakı parklanma yerində parklayıcını xatırladan kimsə yox idi. Şəhərin bir çox yerlərinə eyni vəziyyət oldu.
Xətai rayonundakı parklayıcılar daha cəsarətli çıxdılar. Polis şöbəsinə səfərdən sonra onlar öz “iş” yerlərinə, lakin artıq jiletsiz qayıdıblar. Onlardan ikisi reyd zamanı yenidən ələ keçib.
Onlardan biri, 70-75 yaşlarındakı kişi əvvəlcə evə getmək üçün maşın gözlədiyini iddia etsə də, sonradan etiraf edərək bir daha bu işlə məşğul olmayacağına söz verib.
Özünü Anar Rasimov adlandıran ikinci şəxs isə özü polislərə yaxınlaşaraq vəziyyəti izah edib. Onun sözlərinə görə, hər gün bu ərazidən 30 manat toplayır və onun 15 manatını əlillər cəmiyyətinə verir. O, qeyri-qanuni nəsə etdiyini düşünmədiyini deyib.
Bakıda parklanma sahəsində xaos
Qeyd edək ki, hazırda paytaxtda parklanma ilə bağlı ciddi problemlər mövcuddur. Parklanma ilə bağlı tariflər müəyyən edilməsə də, pulsuz parklanma yerlərində müxtəlif şəxslər tərəfindən sürücülərdən pul yığılır.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, qanunsuz parklanma yerlərinin quruma aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib.
Gün ərzində "parkovşiklər"ə nə qədər pul verirsiniz?
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.