Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ üzləşməsi: Lavrovla Blinken nəyi müzakirə edəcəklər

© © Saul Loeb/Pool via REUTERSRusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken
Rusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Lavrovla Blinkenin qarşıdakı görüşünün bəzi detallarını açıqlayıb.
BAKI, 20 yanvar - Sputnik. Rusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken Cenevrədə Moskvanın təhlükəsizlik zəmanətləri barədə təkliflərini müzakirə edəcəklər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova cümə axşamı keçirilən brifinqdə deyib.
"Yanvarın 21-də Cenevrədə Rusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken görüşəcəklər. Gözlənilir ki, Rusiyanın 2021-ci il dekabrın 15-də təklif etdiyi iki fundamental sənədin: Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik zəmanəti və Rusiya ilə Şimali Atlantika Alyansına üzv ölkələrin təhlükəsizliyinin təminatı üzrə tədbirlər barədə razılaşma detallı şəkildə müzakirə olunacaq", - o deyib.
Zaxarovanın sözlərinə görə, görüş zamanı Rusiya və ABŞ idarələrarası nümayəndə heyətlərinin baş tutan danışıqlarının, NATO və ATƏT xətləri üzrə yanvarda keçirilən diskussiyaların nəticələrinin qiymətləndirilməsi də aparıla bilər.
"Həmçinin sonrakı mümkün addımların: ilk növbədə Amerika tərəfinin Rusiya sənədlərinə dair maddələr üzrə müfəssəl şərhləri ilə müşayiət olunan yazılı cavabının taleyi də müəyyənləşəcək", - XİN nümayəndəsi əlavə edib.
2021-ci ilin sonunda Rusiya ABŞ-la müqavilə layihəsi və NATO ilə təhlükəsizlik zəmanətlərinə dair razılaşmaları dərc edib. Moskca qərb partnyorlarından NATO-nun şərqə doğru genişlənməsindən, bloka Ukraynanın qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina barədə hüquqi zəmanət istəyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0