Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
DİN rəsmisi Elşad Hacıyevin sözlərinə görə, heykəltəraş hadisə yerinə dəvət olunub, heykəl bərpa edilib, abidənin üzərindən qoparılan element isə yerinə qoyulub.
BAKI, 19 yanvar — Sputnik. Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hazırda araşdırma davam edir.
DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.
Qeyd edək ki, naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlində əlindəki təsbehi qırıb kənara atmışdı.
Xəbər lenti
0