Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtda bir şirkət maşını ilə törədilmiş qəza üç can aldı

© Baku Transport AgencyBakının Nərimanov rayonunda tuneldə qəza
Bakının Nərimanov rayonunda tuneldə qəza - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
“Səba” ASC-n in əməkdaşının yük maşını ilə törətdiyi qəza nəticəsində üç nəfər dünyasını dəyişib.
BAKI, 19 yanvar - Sputnik. Bakıda “Səba” ASC-n in əməkdaşının törətdiyi qəza nəticəsində 3 nəfər ölüb.
Hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonunda, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə toqquşub.
Nəticədə E.Eyvazov, eləcə də onun idarə etdiyi avtomobildəki sərnişinlər – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Xəbər lenti
0