https://sputnik.az/20220118/rusiya-teyyaredasiyanlara-qarsi-yeni-silah-elde-edecek-438250953.html
Rusiya təyyarədaşıyanlara qarşı yeni silah əldə edəcək
Rusiya təyyarədaşıyanlara qarşı yeni silah əldə edəcək
Sputnik Azərbaycan
Modernləşdirmə istismar müddətinin ən azı on il müddətinə uzadılmasına və Sakit Okean Donanmasının döyüş imkanlarının genişləndirilməsinə imkan verəcək. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T07:01+0400
2022-01-18T07:01+0400
2022-01-18T07:01+0400
silah
rusiya
kalibr-pl
abş-ın sakit okean komandanlığı
sakit okean
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438250766_0:0:2049:1153_1920x0_80_0_0_fbbb3f5235738834d814522a52124a39.jpg
Andrey Kots, RİA NovostiSakit Okean Donanmasında ciddi yenilənmə gözlənilir - modernləşdirilmiş 949AM “Antey” atom sualtı qayıqları. RİA Novosti-yə gəmiqayırma sahəsindəki mənbədən verilən məlumata görə, bunlar Hərbi Dəniz Qüvvələrinin digər gəmilərindən daha çox qanadlı raketlə təchiz oluna bilər. Xüsusiyyətləri və döyüş qabiliyyətinə görə isə bu gəmilər sonuncu, dördüncü nəsil atom sualtı qayıqlarına yaxın hesab olunur.Raket platforması949A layihəsinin səkkiz atom sualtı raketli gəmisi Şimal və Sakit Okean Donanmalarında xidmətdədir. Qayıqlar müntəzəm olaraq Dünya okeanı boyunca uzun sürən patrullara çıxır, təlimlərdə iştirak edir. “Antey” Tu-22M3 bombardmançıları kimi təyyarədaşıyan zərbə qrupları ilə qarşıdurmada Rusiya donanmasının əsas kozırıdır. Onların yeganə çatışmazlığı – yaşıdır.Ən gənc K-150 “Tomsk” qayığı bu il 26-cı ilini tamam edir, qalanları isə 30 ildən artıqdır ki, fəaliyyətdədir – bu isə dəniz texnikası üçün çoxdur. Ancaq yeni nəsil atom sualtı qayıqlarının istehsalına baxmayaraq Müdafiə Nazirliyi “Antey”i silahlandırmadan çıxartmağa tələsmir.Modernləşdirmə proqramı 2010-cu illərdə hazırlanıb. Yenilənmiş 949AM layihəsinin ilk atom sualtı raketli gəmisi (ASRG) K-132 “İrkutsk” olacaq (1988-ci ildən xidmətdədir). Kreyser 13 ildən çoxdur ki, təmirdədir, ancaq bir sıra səbəblərə görə real modernləşdirmə yalnız 2019-cu ildə başlanıb. Bu il atom sualtı qayığının Sakit Okean Donanmasına qaytarılması gözlənilir.İlk növbədə, “İrkutsk”un silah bazasını yeniləyəcəklər: səsdən sürətli gəmi əleyhinə ağır P-700 “Qranit” raketlərinin əvəzinə – daha yüngül və güclü “Oniks” və “Kalibr”lər olacaq. Üstəlik onların sayı 72 ədədə qədər artırılacaq. Belə bir arsenal Rusiya Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisində yoxdur. Bununla yanaşı, “Antey”in korpusunu dəyişdirməyə hacət qalmadı - yalnız buraxılış konteynerləri modifikasiya edilib.Atom sualtı qayıqlarının yeni həyatıBelə bir ASRG-dən buraxılmış natamam yaylım atəşi təyyarədaşıyan qrupun məhvi üçün bəs edir - onlarla yüksək sürətli döyüş sursatını eyni zamanda dəf edə bilən gəmi hava hücumundan müdafiə (HHM) sistemi mövcud deyil. Üstəlik “Antey”lərin döyüş gücü daha da artacaq. Tezliklə “Kalibr” ilə eyni qurğularda yerləşdirilə bilən hipersəs “Zirkon”lar kütləvi şəkildə istifadəyə veriləcək. Hətta Qərbdə də etiraf edirlər ki, Rusiyanın ən yeni gəmi əleyhinə raketlərini vurmaq üçün silah yoxdur.“Omnibus-M” Döyüş Məlumat-İdarəetmə Sistemi (DMİS) bir çox prosesləri sadələşdirəcək və avtomatlaşdıracaq. Bundan əlavə, demək olar ki, bütün elektron avadanlıq yenilənəcək, qayıqda müasir rabitə vasitələri və hidroakustik kompleks quraşdırılacaq.“Modernləşdirmə istismar müddətinin ən azı on il müddətinə uzadılmasına və Sakit Okean Donanmasının döyüş imkanlarının genişləndirilməsinə imkan verəcək”, - deyə müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda bildirib.“İrkutsk”un ardınca “Çelyabinsk” K-442 də gəmiqayırma zavoduna gedəcək. İşlər 2025-ci ilə qədər davam edəcək.Atom ovçusu949A sualtı qayıqları 1980-1990-cı illərdə əsl sıçrayış idi. Bu, asimmetrik cavab konsepsiyasına görə, təyyarədaşıyan zərbə birləşmələrinə qarşı davam gətirən atom kreyserlərinin inkişafının yeni mərhələsidir. 659 və 675-ci layihələr kimi sələfləri ilə müqayisədə bu atom sualtı qayıqlar daha az “səsli”, daha sürətli idi, üç dəfə çox döyüş sursatına və köklü şəkildə təkmilləşdirilmiş silahlara malik idilər.Onların əsas “arqumenti” 25 metrdən 17 kilometrə qədər hündürlükdəki hədəfə çatan və 2.5 Max-a qədər sürətlənən 24 ədəd səsdən sürətli “Qranit” gəmi əleyhinə raketləridir. Güman edilir ki, 750 kiloqramlıq nüfuzedici döyüş hissəsinə malik olan yalnız bir ədəd döyüş sursatı birinci dərəcəli suüstü gəmini sıradan çıxaracaq. “Qranit”lər güclü korpusun bayırında, 40 dərəcə bucaq altında yan konteynerlərdə yerləşdirilib. Bundan əlavə, hər gəmidə 28 ədəd torpedosu olan iki 650 mm-lik və dörd 533 mm-lik torpedo aparatı var.Əsas enerji qurğusu blok tiplidir: iki nüvə reaktoru və ümumi gücü 98 min at gücünə malik iki buxar turbini var. Köməkçi funksiyalar üçün 8700 at gücündə bir cüt dizel generator mövcuddur. Üzmə məsafəsi məhdud deyil, muxtariyyət isə təxminən 120 gündür. Ekipaj nisbətən kiçikdir - 107 dənizçi.Zərbə tandemiAncaq donanma komandanlığı təkcə modernləşdirməyə etibar etmir. Dördüncü nəsil olan 885M “Yasen-M” çoxməqsədli atom sualtı qanadlı raketinin alınması prioritetdir. Hazırda Hərbi Dəniz Qüvvələrinin üç belə kreyseri var - K-561 “Kazan”, K-573 “Novosibirsk”, həmçinin K-560 “Severodvinsk”.Onlar optimallaşdırılmış korpuslara, radioelektron silahların yenilənmiş element bazasına, qabaqcıl avadanlıqlara və materiallara malikdir. Maraqlıdır ki, bütün komponentlər Rusiyada istehsal olunur.On ədəd 533 mm-lik torpedo aparatından əlavə, “Yasen”də səkkiz universal şaquli buraxılış qurğusu mövcuddur, onların da hər birində beş “Kalibr” var. Tapşırıqdan asılı olaraq modifikasiyalar da müxtəlifdir - gəmi və sualtı qayıq əleyhinə və ya yerüstü hədəflərə zərbələr endirmək üçün. Qayıq böyük suüstü hədəflərinə atəş açmaq üçün daha güclü olan P-800 “Oniks”ləri, eləcə də perspektivli “Zirkon”ları daşıya bilər.Yeni və əvvəlki nəsil kreyserlərin sıx birləşmədə istifadəsi planlaşdırılır. “Antey”lər “üzən arsenallar” olacaq, daha az nəzərə çarpan “Yasen”lər isə kəşfiyyat aparacaq və hədəf təyinatını verəcək.
sakit okean
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438250766_0:0:1803:1352_1920x0_80_0_0_610ca5c8d59e9f3fc3e5db196306e4d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyanın ən əjdaha silahları abş-ı qorxuya salıb
rusiyanın ən əjdaha silahları abş-ı qorxuya salıb
Rusiya təyyarədaşıyanlara qarşı yeni silah əldə edəcək
Modernləşdirmə istismar müddətinin ən azı on il müddətinə uzadılmasına və Sakit Okean Donanmasının döyüş imkanlarının genişləndirilməsinə imkan verəcək.
Sakit Okean Donanmasında ciddi yenilənmə gözlənilir - modernləşdirilmiş 949AM “Antey” atom sualtı qayıqları. RİA Novosti-yə gəmiqayırma sahəsindəki mənbədən verilən məlumata görə, bunlar Hərbi Dəniz Qüvvələrinin digər gəmilərindən daha çox qanadlı raketlə təchiz oluna bilər. Xüsusiyyətləri və döyüş qabiliyyətinə görə isə bu gəmilər sonuncu, dördüncü nəsil atom sualtı qayıqlarına yaxın hesab olunur.
949A layihəsinin səkkiz atom sualtı raketli gəmisi Şimal və Sakit Okean Donanmalarında xidmətdədir. Qayıqlar müntəzəm olaraq Dünya okeanı boyunca uzun sürən patrullara çıxır, təlimlərdə iştirak edir. “Antey” Tu-22M3 bombardmançıları kimi təyyarədaşıyan zərbə qrupları ilə qarşıdurmada Rusiya donanmasının əsas kozırıdır. Onların yeganə çatışmazlığı – yaşıdır.
Ən gənc K-150 “Tomsk” qayığı bu il 26-cı ilini tamam edir, qalanları isə 30 ildən artıqdır ki, fəaliyyətdədir – bu isə dəniz texnikası üçün çoxdur. Ancaq yeni nəsil atom sualtı qayıqlarının istehsalına baxmayaraq Müdafiə Nazirliyi “Antey”i silahlandırmadan çıxartmağa tələsmir.
Modernləşdirmə proqramı 2010-cu illərdə hazırlanıb. Yenilənmiş 949AM layihəsinin ilk atom sualtı raketli gəmisi (ASRG) K-132 “İrkutsk” olacaq (1988-ci ildən xidmətdədir). Kreyser 13 ildən çoxdur ki, təmirdədir, ancaq bir sıra səbəblərə görə real modernləşdirmə yalnız 2019-cu ildə başlanıb. Bu il atom sualtı qayığının Sakit Okean Donanmasına qaytarılması gözlənilir.
İlk növbədə, “İrkutsk”un silah bazasını yeniləyəcəklər: səsdən sürətli gəmi əleyhinə ağır P-700 “Qranit” raketlərinin əvəzinə – daha yüngül və güclü “Oniks” və “Kalibr”lər olacaq. Üstəlik onların sayı 72 ədədə qədər artırılacaq. Belə bir arsenal Rusiya Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisində yoxdur. Bununla yanaşı, “Antey”in korpusunu dəyişdirməyə hacət qalmadı - yalnız buraxılış konteynerləri modifikasiya edilib.
Atom sualtı qayıqlarının yeni həyatı
Belə bir ASRG-dən buraxılmış natamam yaylım atəşi təyyarədaşıyan qrupun məhvi üçün bəs edir - onlarla yüksək sürətli döyüş sursatını eyni zamanda dəf edə bilən gəmi hava hücumundan müdafiə (HHM) sistemi mövcud deyil. Üstəlik “Antey”lərin döyüş gücü daha da artacaq.
Tezliklə “Kalibr” ilə eyni qurğularda yerləşdirilə bilən hipersəs “Zirkon”lar kütləvi şəkildə istifadəyə veriləcək. Hətta Qərbdə də etiraf edirlər ki, Rusiyanın ən yeni gəmi əleyhinə raketlərini vurmaq üçün silah yoxdur.
“Omnibus-M” Döyüş Məlumat-İdarəetmə Sistemi (DMİS) bir çox prosesləri sadələşdirəcək və avtomatlaşdıracaq. Bundan əlavə, demək olar ki, bütün elektron avadanlıq yenilənəcək, qayıqda müasir rabitə vasitələri və hidroakustik kompleks quraşdırılacaq.
“Modernləşdirmə istismar müddətinin ən azı on il müddətinə uzadılmasına və Sakit Okean Donanmasının döyüş imkanlarının genişləndirilməsinə imkan verəcək”, - deyə müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda bildirib.
“İrkutsk”un ardınca “Çelyabinsk” K-442 də gəmiqayırma zavoduna gedəcək. İşlər 2025-ci ilə qədər davam edəcək.
949A sualtı qayıqları 1980-1990-cı illərdə əsl sıçrayış idi. Bu, asimmetrik cavab konsepsiyasına görə, təyyarədaşıyan zərbə birləşmələrinə qarşı davam gətirən atom kreyserlərinin inkişafının yeni mərhələsidir. 659 və 675-ci layihələr kimi sələfləri ilə müqayisədə bu atom sualtı qayıqlar daha az “səsli”, daha sürətli idi, üç dəfə çox döyüş sursatına və köklü şəkildə təkmilləşdirilmiş silahlara malik idilər.
Onların əsas “arqumenti” 25 metrdən 17 kilometrə qədər hündürlükdəki hədəfə çatan və 2.5 Max-a qədər sürətlənən 24 ədəd səsdən sürətli “Qranit” gəmi əleyhinə raketləridir. Güman edilir ki, 750 kiloqramlıq nüfuzedici döyüş hissəsinə malik olan yalnız bir ədəd döyüş sursatı birinci dərəcəli suüstü gəmini sıradan çıxaracaq.
“Qranit”lər güclü korpusun bayırında, 40 dərəcə bucaq altında yan konteynerlərdə yerləşdirilib. Bundan əlavə, hər gəmidə 28 ədəd torpedosu olan iki 650 mm-lik və dörd 533 mm-lik torpedo aparatı var.
Əsas enerji qurğusu blok tiplidir: iki nüvə reaktoru və ümumi gücü 98 min at gücünə malik iki buxar turbini var. Köməkçi funksiyalar üçün 8700 at gücündə bir cüt dizel generator mövcuddur. Üzmə məsafəsi məhdud deyil, muxtariyyət isə təxminən 120 gündür. Ekipaj nisbətən kiçikdir - 107 dənizçi.
Ancaq donanma komandanlığı təkcə modernləşdirməyə etibar etmir. Dördüncü nəsil olan 885M “Yasen-M” çoxməqsədli atom sualtı qanadlı raketinin alınması prioritetdir. Hazırda Hərbi Dəniz Qüvvələrinin üç belə kreyseri var - K-561 “Kazan”, K-573 “Novosibirsk”, həmçinin K-560 “Severodvinsk”.
Onlar optimallaşdırılmış korpuslara, radioelektron silahların yenilənmiş element bazasına, qabaqcıl avadanlıqlara və materiallara malikdir. Maraqlıdır ki, bütün komponentlər Rusiyada istehsal olunur.
On ədəd 533 mm-lik torpedo aparatından əlavə, “Yasen”də səkkiz universal şaquli buraxılış qurğusu mövcuddur, onların da hər birində beş “Kalibr” var. Tapşırıqdan asılı olaraq modifikasiyalar da müxtəlifdir - gəmi və sualtı qayıq əleyhinə və ya yerüstü hədəflərə zərbələr endirmək üçün. Qayıq böyük suüstü hədəflərinə atəş açmaq üçün daha güclü olan P-800 “Oniks”ləri, eləcə də perspektivli “Zirkon”ları daşıya bilər.
Yeni və əvvəlki nəsil kreyserlərin sıx birləşmədə istifadəsi planlaşdırılır. “Antey”lər “üzən arsenallar” olacaq, daha az nəzərə çarpan “Yasen”lər isə kəşfiyyat aparacaq və hədəf təyinatını verəcək.