https://sputnik.az/20220118/lavrov-ve-berbok-rt-de-nin-isindeki-problemleri-muzakire-edibler-438280394.html
Lavrov və Berbok RT DE-nin işindəki problemləri müzakirə ediblər
Lavrov və Berbok RT DE-nin işindəki problemləri müzakirə ediblər
Sputnik Azərbaycan
Rusiya Jurnalistlər İttifaqı Berboka AFR-də RT jurnalistlərinin işinə qarşı diskriminasiyaya yol verməmək xahişini təqdim edib. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T17:48+0400
2022-01-18T17:48+0400
2022-01-18T17:48+0400
lavrov
rusiya
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434245108_0:0:3023:1700_1920x0_80_0_0_79d094dca98a6afce90775e75215e8c1.jpg
BAKI, 18 yanvar — Sputnik. Rusiya və Almaniyanın xarici işlər nazirləri Sergey Lavrov və Annalena Berbok Moskvada keçirilən danışıqlarda RT DE telekanalının Almaniyada qarşılaşdığı problemlərdən danışıblar."Almaniyadakı Rusiya KİV-ləri, Rusiyadakı Almaniya KİV-ləri bərabər, diskriminasiyasız şəraitdə işləməlidirlər", - Lavrov bəyan edib.Onun sözlərinə görə, Rusiya əgər lazım gələrsə, bu ölkədəki almaniyalı jurnalistlərə dair cavab tədbirləri görəcək, lakin bunu etmək istəməzdi.Öz növbəsində Almaniya XİN başçısı ölkəsinin RT DE-nin iş prosesinə qarışmadığını iddia edib."Almaniyada mətbuat azadlığı bu sahədə dövlət müdaxiləsi ola bilməyəcəyi mənasına gəlir. Bütün bu məsələlərlə səlahiyyətli qurumlar məşğul olurlar", - Annalena Berbok bəyan edib.Rusiya Jurnalistlər İttifaqı Almaniya XİN başçısına AFR-də RT jurnalistlərinin işinə qarşı diskriminasiyaya yol verməmək xahişini təqdim edib.Dekabrın 22-də məlum olub ki, Almaniyanın medianizamlayıcısı olan MABB Avropanın peyk rabitəsi operatoru Eutelsat 9В-ni öz platformasından Moskvadakı studiyalardan yayım aparan RT DE-ni çıxarmağa məcbur edib. Almaniya Avropanın transsərhəd televiziyaya dair konvensiyasını (ECTT) ratifikasiya edib, lakin almandilli RT DE telekanalının serb lisenziyası ilə AFR-də yayımlana bilib-bilməməsi məsələsi ölkənin medianizamlayıcısı tərəfindən yoxlanılır.Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Almaniya şüurlu şəkildə Rusiyanı cavab tədbirləri görmək məcburriyyətində qoyur.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT DE kanalının maraqlarını müdafiə etməyə çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434245108_217:0:2948:2048_1920x0_80_0_0_cd7c22855896036d2dda5c2bfcc206b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
lavrov və berbok rt de-nin işindəki problemləri müzakirə ediblər
lavrov və berbok rt de-nin işindəki problemləri müzakirə ediblər
Lavrov və Berbok RT DE-nin işindəki problemləri müzakirə ediblər
Rusiya Jurnalistlər İttifaqı Berboka AFR-də RT jurnalistlərinin işinə qarşı diskriminasiyaya yol verməmək xahişini təqdim edib.
BAKI, 18 yanvar — Sputnik. Rusiya və Almaniyanın xarici işlər nazirləri Sergey Lavrov və Annalena Berbok Moskvada keçirilən danışıqlarda RT DE telekanalının Almaniyada qarşılaşdığı problemlərdən danışıblar.
"Almaniyadakı Rusiya KİV-ləri, Rusiyadakı Almaniya KİV-ləri bərabər, diskriminasiyasız şəraitdə işləməlidirlər", - Lavrov bəyan edib.
Onun sözlərinə görə, Rusiya əgər lazım gələrsə, bu ölkədəki almaniyalı jurnalistlərə dair cavab tədbirləri görəcək, lakin bunu etmək istəməzdi.
Öz növbəsində Almaniya XİN başçısı ölkəsinin RT DE-nin iş prosesinə qarışmadığını iddia edib.
"Almaniyada mətbuat azadlığı bu sahədə dövlət müdaxiləsi ola bilməyəcəyi mənasına gəlir. Bütün bu məsələlərlə səlahiyyətli qurumlar məşğul olurlar", - Annalena Berbok bəyan edib.
Rusiya Jurnalistlər İttifaqı Almaniya XİN başçısına AFR-də RT jurnalistlərinin işinə qarşı diskriminasiyaya yol verməmək xahişini təqdim edib.
Dekabrın 22-də məlum olub ki, Almaniyanın medianizamlayıcısı olan MABB Avropanın peyk rabitəsi operatoru Eutelsat 9В-ni öz platformasından Moskvadakı studiyalardan yayım aparan RT DE-ni çıxarmağa məcbur edib. Almaniya Avropanın transsərhəd televiziyaya dair konvensiyasını (ECTT) ratifikasiya edib, lakin almandilli RT DE telekanalının serb lisenziyası ilə AFR-də yayımlana bilib-bilməməsi məsələsi ölkənin medianizamlayıcısı tərəfindən yoxlanılır.
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Almaniya şüurlu şəkildə Rusiyanı cavab tədbirləri görmək məcburriyyətində qoyur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT DE kanalının maraqlarını müdafiə etməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.