https://sputnik.az/20220118/bakida-fhn-tikinti-sirketine-kranin-istifadesini-yasaqladi-438276577.html
Bakıda FHN tikinti şirkətinə kranın istifadəsini yasaqladı
Bakıda FHN tikinti şirkətinə kranın istifadəsini yasaqladı
Sputnik Azərbaycan
Bakıda FHN müfəttişləri tanınmış tikinti şirkətindən kranı sökərək ərazidən çıxarmağı tələb ediblər. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T20:51+0400
2022-01-18T20:51+0400
2022-01-18T21:48+0400
tikinti
paytaxt xəbərləri
fhn
tikinti şirkəti
qayda pozuntusu
kran
https://cdnn1.img.sputnik.az/img/40882/80/408828076_0:0:2001:1125_1920x0_80_0_0_c5a35c8e961824cd288252e37535afc8.jpg
BAKI, 18 yanvar — Sputnik. Bakıda tanınmış tikinti şirkətində qayda pozuntusu aşkarlanıb. Sputnik Azərbaycan-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində yaşayan vətəndaş FHN-in "112" qaynar telefon xəttinə müraciət edərək yaşadığı fərdi yaşayış evinə yaxın ərazidə "Luxe Home" MTK-nın apardığı tikinti işləri zamanı krandan təhlükəli istifadə edildiyini bildirib.Müraciət əsasında FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri əraziyə baxış keçiriblər. Müəyyən edilib ki, həqiqətən də Mayakovski küçəsində "Luxe Home" MTK tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kranın istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının pozulmasına, o cümlədən kranın qolunun ətrafdakı evlərin üzəri ilə hərəkət etməsinə yol verilir ki, bu da insan həyatı və sağlamlığı, habelə ətrafdakı tikililər üçün real təhlükə yaradır.Qeyd olunanlar nəzərə alınaraq, agentliyin mütəxəssisləri tərəfindən qülləli kranın istismarı dayandırılıb və tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə kranın sökülərək ərazidən çıxarılması tələbi ilə müvafiq akt tərtib edilib.Xatırladaq ki, 2020-ci ildə Bakıda Həsən Əliyev küçəsində yaşayış binasının üstünə kran aşıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, nəticədə kranın sürücüsü vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40882/80/408828076_0:0:1707:1280_1920x0_80_0_0_5c8edb0a2e9afe8691cf5da14d4a7e4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tikinti, fhn, tikinti şirkəti, qayda pozuntusu, kran
tikinti, fhn, tikinti şirkəti, qayda pozuntusu, kran
Bakıda FHN tikinti şirkətinə kranın istifadəsini yasaqladı
20:51 18.01.2022 (Yenilənib: 21:48 18.01.2022) Bakıda FHN müfəttişləri tanınmış tikinti şirkətindən kranı sökərək ərazidən çıxarmağı tələb ediblər.
BAKI, 18 yanvar — Sputnik. Bakıda tanınmış tikinti şirkətində qayda pozuntusu aşkarlanıb. Sputnik Azərbaycan-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində yaşayan vətəndaş FHN-in "112" qaynar telefon xəttinə müraciət edərək yaşadığı fərdi yaşayış evinə yaxın ərazidə "Luxe Home" MTK-nın apardığı tikinti işləri zamanı krandan təhlükəli istifadə edildiyini bildirib.
Müraciət əsasında FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri əraziyə baxış keçiriblər. Müəyyən edilib ki, həqiqətən də Mayakovski küçəsində "Luxe Home" MTK tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kranın istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının pozulmasına, o cümlədən kranın qolunun ətrafdakı evlərin üzəri ilə hərəkət etməsinə yol verilir ki, bu da insan həyatı və sağlamlığı, habelə ətrafdakı tikililər üçün real təhlükə yaradır.
Qeyd olunanlar nəzərə alınaraq, agentliyin mütəxəssisləri tərəfindən qülləli kranın istismarı dayandırılıb və tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə kranın sökülərək ərazidən çıxarılması tələbi ilə müvafiq akt tərtib edilib.
Xatırladaq ki, 2020-ci ildə Bakıda Həsən Əliyev küçəsində yaşayış binasının üstünə kran aşıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, nəticədə kranın sürücüsü vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.