https://sputnik.az/20220118/azerbaycanda-daha-bir-xestexana-baglanir-438263551.html
Bakıda daha bir xəstəxana bağlanır?
Bakıda daha bir xəstəxana bağlanır?
Sputnik Azərbaycan
Bu xəstəxanada cərrahiyyə və bəzi şöbələr olmadığından, digər bu profil üzrə ixtisaslı həkimlər Sabunçu Tibb Mərkəzinə yerləşdiriləcək.
2022-01-18T12:47+0400
2022-01-18T12:47+0400
2022-01-18T13:05+0400
xəstəxana
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42361/73/423617376_609:443:1920:1180_1920x0_80_0_0_452379b1a287d26a05d9754cd23a3867.jpg
BAKI, 18 yanvar — Sputnik. "Azərsutikinti" xəstəxanası bağlanır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xəstəxananın tibb heyətindən məlumat daxil olub. Onlar bildiriblər ki, "Azərsutikinti" xəstəxanası Nizami rayonu ərazisində yeganə dövlət tibb müəssisəsi olmasına baxmayaraq bağlanır.Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün tibb müəssisəsi ilə əlaqə saxlayıb. Xəstəxananın qəbul şöbəsinin müdiri Cəmaləddin İsgəndərov Sputnik Azərbaycan-a faktı təsdiqləyib. Bildirib ki, hazırda xəstəxana fəaliyyət göstərsə də, təmirə bağlanması nəzərdə tutulub. Onun sözlərinə görə, "Azərsutikinti" xəstəxanasının tibbi heyyəti Babək prospektində yerləşən 11 saylı Birləşmiş şəhər xəstəxanasında fəaliyyətini davam etdirəcək.Bu xəstəxanada cərrahiyyə və bəzi şöbələr olmadığından, digər bu profil üzrə ixtisaslı həkimlər Sabunçu Tibb Mərkəzinə yerləşdiriləcək."Nizami Tibb Mərkəzi" PHŞ-dan isə Sputnik Azərbaycan-a bildirilib ki, hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkiminin fəaliyyətinin Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub. Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.Qeyd edilir ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.Məlumat üçün bildirək ki, "Azərsutikinti" xəstəxanası 1994-cü ilə qədər keçmiş Su-Tikinti Nazirliyinin tərkibində olub. Bu nazirlik ləğv edildikdən sonra "Azərsutikinti" xəstəxanası Səhiyyə Nazirliyinin balansına keçib.Xəstəxanalar birləşdirilirXatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində aşağıdakı struktur dəyişikliyi həyata keçirilib:- Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirilib.- Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.- Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.Bununla yanaşı, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Respublika Stomatoloji Mərkəzi, Müharibə Veteranları Xəstəxanası və Yazıçılar Poliklinikası "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin strukturuna verilib.Habelə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxs yaradılıb. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanası "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsin strukturuna verilib.Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təchizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir. Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Azərbaycanda meyitdən orqan köçürülməsinə çox az qaldı - TƏFƏRRÜATLAR
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/73/423617376_213:0:1920:1280_1920x0_80_0_0_1839bab80ae32197eb149a7ed4ef8ca5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakıda daha bir xəstəxana bağlanır?
bakıda daha bir xəstəxana bağlanır?
Bakıda daha bir xəstəxana bağlanır?
12:47 18.01.2022 (Yenilənib: 13:05 18.01.2022) Bu xəstəxanada cərrahiyyə və bəzi şöbələr olmadığından, digər bu profil üzrə ixtisaslı həkimlər Sabunçu Tibb Mərkəzinə yerləşdiriləcək.
BAKI, 18 yanvar — Sputnik. "Azərsutikinti" xəstəxanası bağlanır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xəstəxananın tibb heyətindən məlumat daxil olub. Onlar bildiriblər ki, "Azərsutikinti" xəstəxanası Nizami rayonu ərazisində yeganə dövlət tibb müəssisəsi olmasına baxmayaraq bağlanır.
Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün tibb müəssisəsi ilə əlaqə saxlayıb. Xəstəxananın qəbul şöbəsinin müdiri
Cəmaləddin İsgəndərov Sputnik Azərbaycan-a faktı təsdiqləyib. Bildirib ki, hazırda xəstəxana fəaliyyət göstərsə də, təmirə bağlanması nəzərdə tutulub. Onun sözlərinə görə, "Azərsutikinti" xəstəxanasının tibbi heyyəti Babək prospektində yerləşən 11 saylı Birləşmiş şəhər xəstəxanasında fəaliyyətini davam etdirəcək.
Bu xəstəxanada cərrahiyyə və bəzi şöbələr olmadığından, digər bu profil üzrə ixtisaslı həkimlər Sabunçu Tibb Mərkəzinə yerləşdiriləcək.
"Nizami Tibb Mərkəzi" PHŞ-dan isə
Sputnik Azərbaycan-a bildirilib ki, hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkiminin fəaliyyətinin Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub. Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.
Qeyd edilir ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.
Məlumat üçün bildirək ki, "Azərsutikinti" xəstəxanası 1994-cü ilə qədər keçmiş Su-Tikinti Nazirliyinin tərkibində olub. Bu nazirlik ləğv edildikdən sonra "Azərsutikinti" xəstəxanası Səhiyyə Nazirliyinin balansına keçib.
Xəstəxanalar birləşdirilir
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.
Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.
Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində aşağıdakı struktur dəyişikliyi həyata keçirilib:
- Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirilib.
- Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.
- Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.
Bununla yanaşı, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Respublika Stomatoloji Mərkəzi, Müharibə Veteranları Xəstəxanası və Yazıçılar Poliklinikası "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin strukturuna verilib.
Habelə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxs yaradılıb. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanası "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsin strukturuna verilib.
Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təchizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir. Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.