https://sputnik.az/20220118/azad-olunmus-erazilerde-belediyyelerin-yaradilmasi-teklif-edilir-438285006.html
Azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması təklif edilir
Azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması təklif edilir
Sputnik Azərbaycan
Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T20:01+0400
2022-01-18T20:01+0400
2022-01-18T21:48+0400
qarabağ
bələdiyyə
mm
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425585951_0:232:3115:1984_1920x0_80_0_0_72f1c6ff06bbdd7e7e5c0c0f114badf0.jpg
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib.Bildirilib ki, iclasın gündəliyinə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla 2 məsələnin müzakirəsi çıxarılıb.Əvvəlcə hesabatı təqdim edən komitə sədri bildirib ki, hesabat dövründə Regional məsələlər komitəsinin keçirdiyi 7 iclasda 4 məsələyə baxılıb, o cümlədən "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi üç oxunuşda müzakirələrdən keçib. Komitə həmçinin Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə "Azərbaycanın tarixi zəfəri" mövzusunda videokonfrans təşkil edib.Fəaliyyətini karantin rejiminin tələblərinə uyğun quran komitənin ünvanına 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan elektron və kağız formada 67 müraciət, ümumilikdə komitə üzvlərinə 1034 müraciət daxil olub. Daxil olan müraciətlər araşdırılıb, onların bir qisminin icrası təmin edilib, digərlərinin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb və müvafiq tədbirlər görülüb.Sonra komitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.İclasda çıxış edən Regional məsələlər komitəsinin sədrinin müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Səbinə Xasayeva, Aqil Məmmədov, Səttar Möhbalıyev, Kamran Bayramov, Cavid Osmanov, Nizami Cəfərov komitənin ötən sessiyada fəaliyyəti barədə danışıblar, təqdim olunan hesabatı qənaətbəxş sayıblar.İclasda komitə üzvləri regionların inkişafı, yerli özünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə yaz sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.Müzakirələrin sonunda Regional məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və 2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425585951_202:0:2933:2048_1920x0_80_0_0_08af88ae478365bb249b678578e219d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
regional məsələlər üzrə komitə qarabağla bağlı təklif verdi
regional məsələlər üzrə komitə qarabağla bağlı təklif verdi
Azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması təklif edilir
20:01 18.01.2022 (Yenilənib: 21:48 18.01.2022) Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib.
Bildirilib ki, iclasın gündəliyinə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla 2 məsələnin müzakirəsi çıxarılıb.
Əvvəlcə hesabatı təqdim edən komitə sədri bildirib ki, hesabat dövründə Regional məsələlər komitəsinin keçirdiyi 7 iclasda 4 məsələyə baxılıb, o cümlədən "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi üç oxunuşda müzakirələrdən keçib. Komitə həmçinin Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə "Azərbaycanın tarixi zəfəri" mövzusunda videokonfrans təşkil edib.
Fəaliyyətini karantin rejiminin tələblərinə uyğun quran komitənin ünvanına 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan elektron və kağız formada 67 müraciət, ümumilikdə komitə üzvlərinə 1034 müraciət daxil olub. Daxil olan müraciətlər araşdırılıb, onların bir qisminin icrası təmin edilib, digərlərinin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb və müvafiq tədbirlər görülüb.
Sonra komitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.
İclasda çıxış edən Regional məsələlər komitəsinin sədrinin müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Səbinə Xasayeva, Aqil Məmmədov, Səttar Möhbalıyev, Kamran Bayramov, Cavid Osmanov, Nizami Cəfərov komitənin ötən sessiyada fəaliyyəti barədə danışıblar, təqdim olunan hesabatı qənaətbəxş sayıblar.
İclasda komitə üzvləri regionların inkişafı, yerli özünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə yaz sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.
Müzakirələrin sonunda Regional məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və 2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.