Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Facebook-a qarşı sanksiyaları istisna etmir - nümayəndə heyətinin öcü alınacaq

© AP Photo / Wilfredo LeeFacebook
Facebook - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Facebook rəhbərliyi guya qadağan olunmuş kontentin dərcinə görə Vyanada keçirilən hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlardakı Rusiya nümayəndə heyətinin rəsmi səhifəsinə girişi məhdudlaşdırıb.
BAKI, 17 yanvar — Sputnik. Vyanada keçirilən hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlardakı Rusiya nümayəndə heyətinin başçısı Konstantin Qavrilov ATƏT Baş katibi Helqa Şmidtə nümayəndə heyətinin Facebook-dakı səhifəsinin bloklanması ucbatından Rusiyaya dəstək verməsi barədə müraciət edib.
"Baş katib xanım H.Şmidtdən öz nüfuzu ilə bizim qanuni müraciətimizi dəstəkləməyi xahiş edirik. Bu, informasiya məkanında dözülməz senzura aktıdır. Əvvəlcədən dəstəyə görə minnətdarıq!" - deyə Qavrilov bəyan edib. Müraciət RF nümayəndə heyətinin Twitter-ində yayılıb.
Daha öncə məlum olub ki, Facebook rəhbərliyi guya qadağan olunmuş kontentin dərcinə görə Vyanada keçirilən hərbi təhlükəsizlik, eləcə də silahlara nəzarət üzrə danışıqlardakı Rusiya nümayəndə heyətinin rəsmi səhifəsinə girişi məhdudlaşdırıb.
Roskomnadzor Facebbok-un sahibi olan Meta şirkətinə səhifəyə qarşı məhdudiyyəti götürməklə bağlı tələb göndərib. Konstantin Qavrilovun sözlərinə görə, nümayəndə heyətinin üzvləri bu sosial şəbəkədə Rusiya, o cümlədən RF XİN rəhbərliyinin bəyanatlarını paylaşıblar.
Məlumatda qeyd olunur ki, yanvarın 16-da Roskomnadzor ABŞ-ın Meta Platforms şirkətinin ünvanına məktub göndərərək Vyana danışıqlardakı Rusiya nümayəndələrinin rəsmi səhifəsinə qarşı bütün məhdudiyyətləri aradan qaldırmağı, həmçinin onların tətbiqinin izahatını tələb edib.
Məktubda vurğulanır ki, Facebook rəhbərliyinin bu hərəkətləri informasiyanın sərbəst yayılması, məhdudsuz informasiya əldə etmə baza prinsiplərini pozur. Roskomnadzor bunu senzura hesab edir, bu isə Rusiya konstitusiyasına görə qadağandır.
RF-in ATƏT yanında daimi nümayəndəliyinin bəyanatına əsasən, "informasiya məkanının qeyri-legitim senzurasının növbəti nümunəsi ilə qarşı-qarşıyayıq". Bununla bağlı Rusiya missiyası ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeyruya bildirib ki, "IT şirkətlərin siyasi motivasiya olunmuş restriktiv fəaliyyətlərini sezməmək çox təhlükəlidir".
Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə üzrə komitəsinin sədr müavini Anton Qorelkin bəyan edib ki, Vyana danışıqlardakı Rusiya nümayəndə heyətinin rəsmi səhifəsinin bloklanması Roskomnadzor tərəfindən Facebook-a qarşı sanksiyaların tətbiqinə səbəb ola bilər.
"Bu senzura aktı nəticəsiz qalmayacaq. Belə vəziyyətdə sanksiyaların tətbiqi məntiqi olardı, bu mövcud beynəlxalq praktikadır, hansı sanksiyaların olacağını nizamlayıcı həll edəcək", - Qorelkin deyib.
Dövlət Duması Roskomnadzora "müxtəlif sərtlik dərəcəsinə və nəticələrə malik geniş spektrli sanksiyaları təqdim edib", - Anton Qorelkin əlavə edib.
Ötən həftə Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair dialoqun yeni raundunu keçiriblər. Onun ardınca Brüsseldə Rusiya-NATO Şurasının iclası olub. Daha sonra isə ATƏT-in Vyana panelində məsləhətləşmələr keçirilib. Bu diskussiyaların əsas fokusu Rusiya tərəfinin ötən ilin sonunda Ukraynadakı böhranın dərinləşməsi fonunda ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik üzrə təkliflər olub.
Xəbər lenti
0