Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Rus dili və Azərbaycan cəmiyyəti: ona marağın səbəbi nədir

© Sputnik / Илья Питалев / Mediabanka keçidrus dili
rus dili - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Azərbaycanda rus dilində təlimə tələbatın aktuallığını ekspertlər dəyirmi masada müzakirə edəcəklər.
BAKI, 17 yanvar — Sputnik. Rus dili 150 mindən çox Azərbaycan vətəndaşı olan rus üçün ana dilidir, ancaq bu dil digər etnik qruplar arasında da geniş istifadə olunur.
Rus dili təhsil sisteminin hər sahəsində - uşaq bağçalarında, məktəblərdə və universitetlərdə mövcuddur. Demək olar ki, 400-ə yaxın orta təhsil müəssisəsində tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır.
Ölkənin 27 universitetində də tədris prosesi iki dildə aparılır. Rus dilində təhsil alan şagird və tələbələrin sayı 100 min nəfəri ötür. Azərbaycanda 341 rusdilli məktəb, Rusiyanın aparıcı ali məktəblərinin iki filialı, o cümlədən bir rusdilli telekanal və xeyli sayda rusdilli KİV fəaliyyət göstərir.
Azərbaycanda rus dilində təlimə tələbatın və onun müxtəlif sahələrdə istifadəsinin aktuallığını 24 yanvar saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) rəhbəri İrek Zinnurov, "Kaspi" qəzetinin baş redaktoru Vyaçeslav Sapunov, yazıçılar Samit Əliyev, Aleksandr Xakimov, Natiq Rəsulzadə, teatr və kino aktyoru Yaroslav Trifonov dəyirmi masada müzakirə edəcəklər.
Tədbirdə həmçinin Rusiyanın Azərbaycandakı səfirliyinin mümayəndələri də iştirak edəcəklər.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0