https://sputnik.az/20220116/peskov-ukrayna-ile-serhedde-yuksek-gerginlik-oldugunu-aciqladi-438208897.html
Peskov Ukrayna ilə sərhəddə yüksək gərginlik olduğunu açıqladı
Peskov Ukrayna ilə sərhəddə yüksək gərginlik olduğunu açıqladı
Sputnik Azərbaycan
Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir. 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T10:27+0400
2022-01-16T10:27+0400
2022-01-16T10:27+0400
rusiya
vladimir putinin köməkçisi dmitri peskov
peskov
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/40773/44/407734488_0:0:4305:2422_1920x0_80_0_0_6e2663a75f64329fe2d2fc1d8df1686f.jpg
BAKI, 16 yanvar - Sputnik. Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır.Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində belə deyib.Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: “Biz hələ də sübut gözləyirik”.“CNN” aparıcısı Rusiyanın Ukraynaya hərbi eskalasiya və ya hücum planlaşdırdığına dair xəbərlərin olduğunu bildirib və D. Peskova bununla bağlı sual ünvanlayıb:“Görürsən ki, bu baş vermir. Bu, birinci. İkincisi, dünən axşam biz cənab Sallivanın bəyanatını eşitdik (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan - Red). Və o, söz verdi ki, səhv etmirəmsə, 24 saat ərzində bu ittihamların sübutlarını dərc edəcək. Biz hələ də sübutu gözləyirik. Bilirsiniz, biz saxta ittihamlar və ya saxta xəbərlər, yalanlar dünyasında yaşayırıq. Nə isə sübut edilənə qədər bunun yalan xəbər və yalan ittiham olduğuna inanmağa davam edəcəyik”, - Report-un yazdığına görə, Peskov sualın cavabında deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40773/44/407734488_71:0:4218:3110_1920x0_80_0_0_13e7804a969699ca54276038718f9b4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna ilə sərhəddə müharibə başlaya bilər
ukrayna ilə sərhəddə müharibə başlaya bilər
Peskov Ukrayna ilə sərhəddə yüksək gərginlik olduğunu açıqladı
Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir.
BAKI, 16 yanvar - Sputnik. Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində belə deyib.
Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir:
“Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir”.
Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: “Biz hələ də sübut gözləyirik”.
“CNN” aparıcısı Rusiyanın Ukraynaya hərbi eskalasiya və ya hücum planlaşdırdığına dair xəbərlərin olduğunu bildirib və D. Peskova bununla bağlı sual ünvanlayıb:
“Görürsən ki, bu baş vermir. Bu, birinci. İkincisi, dünən axşam biz cənab Sallivanın bəyanatını eşitdik (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan - Red). Və o, söz verdi ki, səhv etmirəmsə, 24 saat ərzində bu ittihamların sübutlarını dərc edəcək. Biz hələ də sübutu gözləyirik. Bilirsiniz, biz saxta ittihamlar və ya saxta xəbərlər, yalanlar dünyasında yaşayırıq. Nə isə sübut edilənə qədər bunun yalan xəbər və yalan ittiham olduğuna inanmağa davam edəcəyik”, - Report-un yazdığına görə, Peskov sualın cavabında deyib.